Bakıda özəl valyutadəyişmə məntəqələri fəaliyyətə başlayıb – ALIŞ-SATIŞ QİYMƏTLƏRİ
Bakıda bir neçə ünvanda özəl valyutadəyişmə məntəqəsi fəaliyyətə başlayıb.
Marja-nın məlumatına görə, banklardan fərqli olaraq bu valyutadəyişmə məntəqələrində xarici valyutanın alış-satışına limit yoxdur, alıcı və satıcılardan sənəd və xüsusi formanın doldurulması tələb edilmir. Məsələn, müştərlilər istədikləri məbləğdə ABŞ Dolları ala bilirlər. Həmçinin açıq-aşkar çalışan bu məntəqələr həftənin şənbə və bazar günləri də fəaliyyət göstərirlər.
Marja-nın əməkdaşı belə valyutadəyişmə məntəqələrindən birində olub. Məlum olub ki, özəl valyutadəyişmə məntəqələrində Dollar 1.70 manatdan alınır, 1.7060-1.7070 manatdan satılır. Qeyd edək ki, bu gün əksər banklar dolları 1.6970 - 1.7000 manatdan alıb, 1.7020 -1.7025 manatdan satırlar.
Mərkəzi Bankın 2016-cı ildə qəbul etdiyi qərara əsasən valyutadəyişmə məntəqələri fəaliyyətlərini dayadırmışdılar. Əldə etdiyimiz məlumata görə, yenidən müəyyən tələblər çərçivəsində özəl valyutadəyişmə məntəqələrinin fəaliyyətinə icazə veriləcək.
“Sənədlərimizi Mərkəzi Banka təqdim etmişik”, - özəl valyutadəyişmə məntəqəsini işlədən şəxs Marja-ya bildirdi.
Qeyd edək ki, Mərkəzi Bankın göstərişinə əsasən kommersiya bankları bir vətəndaşa bir il ərzində maksimum 11750 dollar sata bilərlər. Bu limiti aşan şəxslərə dollar satılmır. Həmçinin vətəndaşlardan sənəd və yazılı şəkildə bir neçə suala cavab verməsi tələb olunur. Məhdudiyyətlər əksər inasının özəl valyutadəyişmə məntəqələrinə üz tutmalarına səbəb olub.
Ekspertlər də bildirilər ki, vayutadəyişmə məntəqələri bərpa edilməlidir, lakin onlara ciddi nəzarət olmalıdır.
Müştərilərin xəbərləri
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 19 saat əvvəl
-
- 21 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Fevralın 1-də gözlənilən hava şəraiti
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB




















