“Çiçəklənən Abşeron” layihəsi Novxanıda
Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və “Bakı Abadlıq Xidməti” MMC tərəfindən birgə həyata keçirilən “Çiçəklənən Abşeron” layihəsindən bu dəfə Abşeron rayonunun Novxanı kəndinin sakinləri yararlanıb.
KOBİA-dan Marja-ya daxil olmuş məlumatda bildirilir ki, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və “Bakı Abadlıq Xidməti” MMC-nin direktoru Binnət Əli Qasımovun iştirakı ilə Novxanı qəsəbəsində yaşayan ailələrə müxtəlif bitkilər (lavanda, bibəriyyə və s.) təqdim edilib. Ümumilikdə layihə çərçivəsində Novxanıda yaşayan 300-ə yaxın ailənin hər birinə 250-1000 arası müxtəlif bitkilərin verilməsi nəzərdə tutulur. Hər bir ailə onun üçün müəyyən edilmiş aylıq vəsait qarşılığında bu bitkilərə qulluq edəcək. Bitkilər 6-12 ay müddətində ailələrdən geri götürüləcək və onların istəyinə uyğun olaraq yeniləri ilə əvəz edilə bilər.
Koronavirus (COVID-19) pandemiyası ilə bağlı mövcud karantin şəraitində “Çiçəklənən Abşeron” layihəsinin əhəmiyyəti ondan ibarətdir ki, ailələr yaşadıqları evləri tərk etmədən, öz həyətyanı sahələrində bitkiləri yetişdirməklə əlavə gəlir əldə edir və ailə büdcələrinə dəstək olurlar.
“Çiçəklənən Abşeron” layihəsinin məqsədi özünüməşğulluğun inkişafına, aztəminatlı ailələrin daha çox gəlir əldə etməsinə və ailə təsərrüfatlarının inkişafına dəstək olmaq, həmçinin yaşıllıqların artırılmasına, bitkiçiliyin və kənd təsərrüfatı emalının inkişafına töhfə verməkdir.
“Çiçəklənən Abşeron” layihəsi çərçivəsində becərilən bitkilər hazırda abadlıq işlərində istifadə olunur. Gələcəkdə isə bu bitkilərin emalda, müxtəlif kosmetik və farmaseptik məhsulların və yağların istehsalında istifadə olunması, eləcə də xammal kimi ixracı nəzərdə tutulur.
Ümumilikdə, bu ilin əvvəlindən həyata keçirilən “Çiçəklənən Abşeron” layihəsi çərçivəsində Balaxanı, Zirə və Novxanı qəsəbələri üzrə yaşayan 800-ə yaxın aztəminatlı ailəyə 200 minə yaxın müxtəlif bitkilərin verilməsi nəzərdə tutulub. Çiçəklənən Abşeron layihəsi növbəti mərhələdə Ramana və Şüvələn qəsəbələrində həyata keçiriləcək.
Qeyd edək ki, KOBİA-nın təsis etdiyi “BİRGƏ” MMC ilə “Bakı Abadlıq Xidməti” MMC-nin nəzdində fəaliyyət göstərən “Balaxanı Green Garden” arasında bu ilin aprelində “Çiçəklənən Abşeron” layihəsinin icrasına dair əməkdaşlıq müqaviləsi imzalanıb.
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 5 gün sonra
-
- 12 saat əvvəl
-
12 saat əvvəl
Prezident, birinci xanım və qızları sərgilər ilə tanış olublar
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
Bakı Fond Birjasında ticarət dövriyyəsi 12 milyard manata yaxın və ya 43% azalıb
- 17 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 8 GÜN
Azərbaycan şirkəti ilk dəfə banan yetişdirir
"Expressbank"da yeni təyinatlar olub
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
“Alfa Kapital BOKT”ın mənfəəti 89% artıb
BOKT-un təsisçilərinin pay bölgüsü dəyişib
Kaya Kallas Azərbaycana səfərə gəlib
Paşinyan: Azərbaycanla yolların tam açılacağına şübhəm yoxdur
"FİDAN" MMC 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
Mayın 6-da gözlənilən hava şəraiti






.jpg)






.jpg)








