“Nar” gənclərin onlayn keçirdikləri tədbirə dəstək olub
(®️) “Nar” gənclərin inkişafına, liderlik bacarıqlarının və potensiallarının üzə çıxarılmasına önəm verən “AIESEC Azərbaycan” beynəlxalq tələbə gənclər təşkilatının onlayn keçirilmiş tədbirinə dəstək olub. Dünyada yayılan “COVID-19” pandemiyası ilə əlaqədar tədbirlərin keçirilməsinə qoyulan qadağa ilə əlaqədar olaraq, təşkilat “Evdə qal: gələcəyini qur” adlı tədbirini karantin tələblərinə uyğun olaraq onlayn keçirib. İyunun 4-8-də keçirilmiş tədbirdə müxtəlif sahələrdən 200-ə qədər gənc iştirak edib.
Tədbirin əsas məqsədi pandemiya vəziyyətinə uyğun gələcəkdə uyğunlaşma problemi yarandıqda gənclərə dəstək olacaq seminarlar keçirməkdir. Seminarlar “Post-pandemiyada dünya”, “Karyera”, “Maliyyə”, “Sağlamlıq” kimi mövzuları əhatə edib. “AIESEC” dünyanın 126 ölkəsində fəaliyyət göstərən və 34 mindən çox üzvü olan dünyanın ən böyük beynəlxalq tələbə gənclər təşkilatlarından biridir.
Qeyd edək ki, “Nar” korporativ sosial məsuliyyət strategiyası çərçivəsində gənclərin maariflənməsi, dünyagörüşü və analitik düşüncə bacarığını inkişaf etdirən layihələrə dəstək verib. “Nar”ın KSM layihələri haqqında ətraflı məlumatı nar.az səhifəsindən əldə etmək olar.
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 8700-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
6 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)















.jpg)


