"İşləmədikləri üçün əllərində olan qızılları gətirib bizə satırlar"
"Pandemiya dövründə qızıl satışımız azalsa da, alışımız artıb".
Bunu Bakıda qızıl məmulatlarının hazırlanması, alışı və satışı ilə məşğul olan zərgər Novruz Əhmədov bildirib.
“Qızılın satışı ilə yanaşı, alışı ilə də məşğul oluruq. Biz qızılı baha ala bilmirik. Çünki sonra onu satmaq mümkün olmur. Bu gün Rusiya qızılını birja qiymətləri ilə 53-54 manata almalıyıq. Amma məcbur olub 50 manata alırıq. Onu isə əridib xammal əldə edirik. Bu zaman müəyyən itkilərimiz də olur. Qeyd edim ki, pandemiya dövründə qızıl satışımız azalsa da, alışımız artıb. Çünki bəzi şəxslər işləmədikləri üçün pula ehtiyacları olur. Odur ki, əllərində olan qızılları gətirib bizə satırlar. Mart ayından etibarən vəziyyət bu cür cərəyan edir. Bəzən olur ki, lombarda qızıl girov qoyan insan borcunu ödəyə bilməyəndə həmin qızılı bizə satır və borcunu ödəyir”, - Novruz Əhmədov deyib.
Novruz Əhmədov əlavə edib ki, pandemiya zərgərlərin fəaliyyətinə xeyli mənfi təsir göstərib:
"Hazırda ölkədə toy və nişan məclisləri keçirilmədiyi üçün işimiz tamamilə dayanıb. Bizim əsas müştərilərimiz toylar nəticəsində olur. Zərgərlərin sexlərinin çoxu işləmir. Çünki sifarişlər dayanıb. Karantindən əvvəl müəyyən qədər müştəri olurdu. Müştərilərin əksəriyyəti yerli müştərilər idi. 2-3 il öncə ara-sıra özbək turistlər gəlirdi. Amma daha onlar da gəlmir. Alıcı qüvvəsi yoxdur. Dükanda gün ərzində bir və ya iki real alıcı olur. Karantindən əvvəlki dövrlə müqayisədə alıcı sayında təqribən 70%-lik azalma var. Müştəri azaldığı üçün icarə haqqını və digər xərcləri qarşılamaq çətin olur. Deyə bilərəm ki, təqribən 2010-cu ildən bizdə qızıl satışı zəifləyib. Keçən il isə bu ilə baxdıqda vəziyyət xeyli qənaətbəxş idi”.
Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
7 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
8 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 9 saat əvvəl
-
9 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub






.jpg)
.jpg)















.jpg)


