Azərbaycan mayda xam neft hasilatını 161 min barrel azaldıb
Azərbaycan mayda gündəlik 557,2 min barrel xam neft hasil edib
Energetika Nazirliyinin yaydığı məlumatda bildirilir ki, 2020-ci ilin may ayında ölkə üzrə gündəlik neft (kondensantla birlikdə) hasilatı 650 min barrel olub. Bunun 557,2 min barrelini xam neft, 92,8 min barrelini isə kondensat təşkil edib. 557,2 min barrel xam neftin 437,6 min barreli “Azəri-Çıraq-Günəşli”, 119,6 min barreli isə SOCAR (Azneft” İB, BM və ƏŞ) üzrə hasil edilib.
“OPEC plus” üzrə gündəlik neft hasilatının 2018-ci ilin oktyabr ayı səviyyəsindən 9,7 mln. barrel ixtisarı prosesi çərçivəsində Azərbaycan mayda sutkada xam neft hasilatını 160,8 min barrel azaldıb. Beləliklə Azərbaycan 164 min barrel həcmində olan öhdəliyini mayda 98 faizdən çox yerinə yetirib.
“Əməkdaşlıq Bəyannaməsi”nə əsasən, 2018-ci ilin oktyabr ayında gündəlik xam neft hasilatı 718 min barrel olan Azərbaycan cari ilin may-iyun-iyul aylarında xam neft istehsalını sutkada 554 min barrel həcmində saxlamalıdır. Öhdəliklərin icrası məqsədilə gündəlik xam neft hasilatı 2018-ci ilin oktyabr ayındakı səviyyələrdən, AÇG-də 567 min barreldən azaldılaraq 434 min barreldə, SOCAR (Azneft” İB, BM və ƏŞ) üzrə isə 151 min barreldən ixtisar edilərək 120 min barrel həcmində saxlanılmalıdır.
Qeyd edək ki, aprel ayının 12-də “OPEC plus” ölkələri nazirlərinin 10-cu iclasında qəbul edilmiş razılaşma ümumilikdə gündəlik xam neft hasilatının may-iyunda 9,7 mln. barrel, Azərbaycanda isə 164 min barrel azaldılmasını nəzərdə tutur. OPEC və qeyri-OPEC ölkələri nazirlərinin 6 iyunda keçirilən 11-ci iclasında isə bu kvotaların müddətinin daha bir ay - iyulun sonunadək uzadılmasına dair qərar qəbul edilib.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
6 d. əvvəl
"Ülker" məhsullarının topdan və pərakəndə satıldığı mağaza açılıb
-
8 d. əvvəl
Kapital Bank “Globee–Innovation Awards”dan qızıl mükafata layiq görüldü
-
- 18 d. əvvəl
-
27 d. əvvəl
Temperatur enəcək, yağış yağacaq, leysan olacaq - XƏBƏRDARLIQ
-
39 d. əvvəl
"Bu emissiya Bank of Baku-nun güclü imicini ortaya qoydu" - MÜSAHİBƏ
-
2 saat əvvəl
Qatar ilə Gəncə–Mingəçevir–Ağstafa marşrutu üzrə sərnişin daşımalarına başlanılır - QİYMƏTLƏR
-
2 saat əvvəl
Sabahdan Bakı-Ağdam müntəzəm avtobus reysi işə düşəcək - Gediş haqqı qiyməti məlum oldu
-
2 saat əvvəl
Azərbaycanda 2027-ci ilədək 8 günəş və külək stansiyaların istismara verilməsi planlaşdırılır
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər

"Ülker" məhsullarının topdan və pərakəndə satıldığı mağaza açılıb

“E-qanun.ai” platformasının təqdimat mərasimi keçirilib

Temperatur enəcək, yağış yağacaq, leysan olacaq - XƏBƏRDARLIQ

Qatar ilə Gəncə–Mingəçevir–Ağstafa marşrutu üzrə sərnişin daşımalarına başlanılır - QİYMƏTLƏR

Supermarket şəbəkəsi "Xalqlar"da daha bir filialını açır

Sentyabrın 26-da gözlənilən hava şəraiti
Ən çox oxunanlar

Bakıda “BYD” ilə müzakirələr aparılıb

AccessBank-dan “Sərbəst depozit”: Yüksək gəlir və tam sərbəstlik!

“Eurolux” mağazalar şəbəkəsinin rəhbəri dələduzluqla üzləşib

"Sahil" metrostansiyasının yaxınlığında yeni stansiya inşa ediləcək

"Port Baku"nun yanında metro stansiyası olacaq
