ABŞ-da açıqlanacaq göstəricilər dollara necə təsir edəcək?
Bu gün Bakı vaxtı ilə saat 16:30-da açıqlanacaq Amerikanın əmək bazarı ilə bağlı fundamental göstəriciləri dünya valyuta birjalarında güclü dalğalanmalara səbəb ola bilər.Əmək bazarı ilə bağlı ABŞ-dan açıqlanacaq önəmli fundamental göstəricilər hər ayın ilk cümə günü dərc olunur. Bu göstəricilər investorlar tərəfindən diqqətlə izlənilir və beynəlxalq maliyyə bazarlarında güclü dalğalanmalara səbəb olur. Əmək bazarı ilə bağlı göstəricilər arasında işsizlik səviyyəsi, qeyri-kənd təsərrüfatı sektorunda məşğulluq sayındakı dəyişiklik (ing. "NFP") və əmək haqlarında dəyişiklik dinamikası yer tutur. "NFP" bu göstəricilər arasında xüsusi çəkiyə malikdir. Belə ki, investorlara qiymət istiqamətini proqnozlaşdırmağa imkan yaradır.
NƏ GÖZLƏNİLİR?
May ayı üzrə açıqlanacaq göstəricilər arasında işsizlik səviyyəsinin 19.7% artması, məşğulluq səviyyəsinin 8 000 000 nəfər azalması və əmək haqlarında isə 1% artım proqnozlaşdırılır. Qeyd etmək lazımdır ki, Amerikada işsizlik fevral ayında 3.5% ilə tam məşğulluq hökm sürsə də mart ayından etibarən işsizik artmağa başlayıb. Aprel ayında isə sözügedən göstərici 14.7% ilə son 50 ilin maksimumuna yüksəlmişdir.
VALYUTA BİRJALARINA TƏSİRİ
Göstəricilər proqnozlaşdırıldığı kimi açıqlanarsa, bu, dünya birjalarında dolların aparıcı valyutalara nisbətən orta qiymətinin cari səviyyələrdən daha çox ucuzlaşmasına təsir etməyəcəyi proqnozlaşdırılır. Cari mənfi proqnozlar son günlər ucuzlaşan dolların qiymətlərində artıq nəzərə alınıb. Göstəricilər proqnozlaşdırıldığından daha pis açıqlanarsa, bu, foreks bazarlarında dolların əlavə 2%-ə kimi ucuzlaşmasına təsir edə bilər. Göstəricilərin proqnozlaşdırılandan daha yaxşı açıqlanması isə investorlarda Amerika iqtisadiyyatının gələcəyinə dair ümidləri artırmaqla, dolların aparıcı valyutalara nisbətən qiymətlərinin də yenidən 2% bahalaşmasına səbəb ola bilər.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.
* Marja ticarəti yüksək riskli investisiya fəaliyyəti olduğundan bu sahəyə investisiya edilən pul vəsaitlərinin itirilmə təhlükəsi mövcuddur. Marja ticarətinə başlamadan əvvəl bu fəaliyyətlə bağlı risklərlə tanış olmaq vacibdir.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 4 gün sonra
-
2 saat əvvəl
PAŞA Bank/Cavid Quliyev: Yeni səhmlərə 20 mindən çox sifariş təqdim olunub
-
-
3 saat əvvəl
Prezidentin regionların inkişafı çağırışına dəstək: "Prime Cotton" baş ofisini Mingəçevirə köçürür
-
7 saat əvvəl
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
- 13 saat əvvəl
-
1 gün əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan bankı BOKT-yə çevrildiyini elan etdi
Ən çox oxunanlar
Azərbaycan nefti ucuzlaşıb
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb

























