Kapital Bank POS terminal komissiyalarına endirim etdi
(©️) Kapital Bank pandemiya dövründə sahibkarlara dəstək göstərmək, həmçinin iqtisadi subyektlərin bank xidmətləri üzrə xərclərinin azaldılması məqsədi ilə POS terminal komissiyalarını aşağı salıb. Güzəşt müddəti 30 sentyabr 2020-ci il tarixinədək davam edəcək.
Şərtlərə görə Kapital Bank-ın e-commerce və POS terminallarında həm Kapital Bank-a məxsus kartlar, həm də digər bankların kartları üçün hazırda tətbiq olunan komissiya faizinə 50%-dək endirim tətbiq edilir. Bunu etməklə Bank, hər zaman sahibkarları dəstəklədiyini, vəziyyətdən asılı olmayaraq optimal şərtlər təqdim etməsini bir daha sübut edir.
Qeyd edək ki, Kapital Bank-ın çox funksiyalı Smart Kassa və POS-terminallarını əldə etmək istəyənlər 196 Sorğu Mərkəzinə və ya (+99 450) 255-01-96 qaynar xəttinə müraciət edə bilərlər. Kapital Bank kiçik və orta sahibkarlığın inkişafına və maliyyələşməsinə böyük önəm verir və hər bir müştərinin istəyinə uyğun “Təməl”, “Uğur”, “İnkişaf” və “Zirvə” adlı sərfəli tarif paketlərini təqdim edir.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 101 filialı və 14 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
Müştərilərin xəbərləri
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 1 saat əvvəl
-
- 3 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 22 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Fevralın 1-də gözlənilən hava şəraiti
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB






















