Saxlanılanların bəzilərinin adları məlum oldu
Dövlət Təhlükəsizliyi Xidmətinin bu gün Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyat zamanı saxlanılanların bəzilərinin adları məlum olub.
Əldə edilən məlumata görə, yoxlama və əməliyyat-istintaq tədbirləri yekunlaşdıqdan sonra bir neçə şəxs saxlanılaraq DTX-yə aparılıb.
Onların sırasında nazirliyin Mədəniyyət baş idarəsinin rəisi Cəlil Məlikov, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov və mətbuat katibi İntiqam Hümbətov də var. Nazirin müavini Rafiq Bayramov və Zakir Sultanovun evində də axtarışlar aparılıb. Z.Sultanov həm də tikinti sahəsini kurasiya edirmiş.
R.Bayramovun musiqi məktəbləri rəhbərlərindən rüşvət tələb etmək şübhəsi ilə saxlanıldığı deyilir.
Əməliyyat zamanı nazir Əbülfəs Qarayev də nazirlikdə olub.
Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı məlumata görə, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin vəzifəli şəxslərinin öz səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd olaraq istifadə edib cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı qanunazidd əməllərə yol vermələri ilə bağlı Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən əməliyyat-istintaq tədbirləri həyata keçirilir.
Aparılan araşdırmalar, cinayət törətməkdə şübhəli bilinən şəxslər və törədilmiş cinayət əməlləri barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.
Qafqazinfo
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
- 11 d. əvvəl
- 19 d. əvvəl
- 29 d. əvvəl
-
45 d. əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
- 49 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
PAŞA Bankın İPO-sunda kiçik investorların süni sıxışdırılmasının qarşısı alınacaq
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Qızılın qiyməti son 6 ayın ən aşağı səviyyəsinə düşüb
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək























