Azərbaycanda daha bir bankın gəlirləri xərclərini ödəmir – ƏMƏLİYYAT ZƏRƏRİ ARTIB
Bank VTB Azərbaycan 2020-ci ilin ilk rübünü 1 milyon 399 min manat xalis mənfəət ilə başa vurub. 2019-cu ilin ilk rübü ilə müqayisədə Bankın xalis mənfəəti 6,3% azalıb. Bank VTB Azərbaycan 2019-cu ilin ilk rübünü 1 milyon 494 min manat xalis mənfəət ilə bağlamışdı. Qeyd edək ki, həm bu il, həm də ötən il Bank VTB Azərbaycan-ın xalis mənfəəti biznesin inkişafından qaynaqlanmayıb, ehtiyatdan qayıtma hesabına yaranıb. Bankın əməliyyat gəlirləri əməliyyat xərclərini ödəmir.
Marja Bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, 2020-ci ilin yanvar- mart dövründə Bank VTB Azərbaycan 2 milyon 147 min manat faiz gəliri əldə edib. Bank qeyri-faiz əməliyyatları üzrə 737 min manat zərər edib. Zərərin səbəbi Bankın xarici valyuta əməliyyatları üzrə 1 milyon 502 min manat zərər etməsidir.
İlk 3 aydan Bank VTB Azərbaycan-ın cəmi əməliyyat gəlirləri 1 milyon 410 min manat, cəmi xərcləri 5 milyon 50 min manat təşkil edib. Xərclər gəlirləri üstələdiyindən Bankın 3 milyon 640 min manat əməliyyat zərəri yaranıb. Əvvəlki illər yaradılmış mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatdan 5 milyon 39 min manatın azad olması hesabına həm əməliyyat zərəri bağlanıb, həm də Bankın 1 milyon 399 min manat xalis mənfəəti qalıb.
Müqayisə üçün qeyd edək ki, 2019-cu ilin ilk rübündə VTB Azərbaycan-ın cəmi əməliyyat gəlirləri 3 milyon 394 min manat, cəmi əməliyyat xərcləri 5 milyon 617 manat, əməliyyat zərəri 1 milyon 300 min manat təşkil etmişdi. Əvvəlki illər yaradılmış mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatdan 3 milyon 715 min manatın azad olması hesabına həm əməliyyat zərəri bağlanmışdı, həm də Bankın1 milyon 494 min manat xalis mənfəəti qalmışdı.
İlk 3 ayda Bankda müştərilərə verilmiş kreditlər 10 milyon 292 min manat və ya 4,3% azalaraq 227 milyon 922 min manata geriləyib.
31 Mart 2020-ci il tarixində Bank 255 milyon 411 min manat yığılmış zərərə malik olub.
31 Mart 2020-ci il tarixində Bank VTB Azərbaycan 58 milyon 985 min manat məcmu kapitalıa malik olub.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 9 saat sonra
-
- 7 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Pulunu artırmaq istəyirsənsə, bu tədbiri ötürmə - Ekspertlər Bakıya gəlir
- 12 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
İqtisadi Şuranın iclası keçirilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb





















