Funt və dollar təzyiq altındadır
Əmtəə birjalarında qızılın ucuzlaşdığı bir dövrdə kriptovalyutalar bahalaşır, avroda bahalaşma məhdud qiymətləndirilir, funt və dollar təzyiq altında.Beynəlxalq valyuta birjalarında Amerika sessiyasında dolların aparıcı valyutalara nisbətən qiymətlərinin dəstək gördüyünün şahidi oluruq. Lakin enerji birjalarında neft qiymətlərinin də təzyiq altında qalması, funtun qiyməti ilə yanaşı, dolların da ucuzlaşa biləcəyini proqnozlaşdırmağa əsas verir. İngiltərə iqtisadiyyatında neft qiymətinin önəmli çəkiyə sahib olması ilə yanaşı, Amerika də son ucuzlaşma dalğasından narazılığını bildirən ilk ölkələr sırasında idi. Bununla yanaşı, Şimal ölkələri arasında Amerika və İngiltərə iqtisadiyyatları da Korona pandemiyasından əziyyət çəkən ölkələr arasındadır. Breksit danışıqlarının dayanmasının iqtisadi fəsadları da gələcək günlər ərzində önəmli olmağa başlaya bilər.
Avrozona iqtisadiyyatında isə ucuz yanacaq qiymətlərindən faydalanaraq, investisiyaların artması müşahidə edilə bilər. Bunun avronun məzənnələrinə məhdud olsa da müsbət təsirinin olacağı proqnozlaşdırılır.
Əlvan metallar bazarlarında isə keçən həftə qızılın qiymətində başlayan ucuzlaşma davam edir. Qeyd etmək lazımdır ki, dünyanın hər tərəfində hökümətlərin iqtisadiyyatlara dəstəkləri istiqamətində maliyyə yardımlarının artması, dünyada inflyasiyanın da yüksələcəyi ehtimallarını gücləndirmişdir. Bu, öz növbəsində, son bir həftə ərzində qızıla olan tələbin artmasına səbəb olmuşdur. Lakin bu ehtimallar zəifləyir.
Maraqlı məqam isə qızılın ucuzlaşdığı bir dövrdə kriptovalyuta bazarında Bitkoin, Etereum, Laytkoin və Riplin dəyər qazanmaqda davam etməsidir.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
18 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 18 saat əvvəl
-
20 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 20 saat əvvəl
- 20 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək

























