Banklara 8 istiqamət üzrə güzəşt edilir - SİYAHI
Bankların requlyativ yükünün azaldılması, kreditləşdirmə imkanlarının artırılması və maliyyə dayanıqlığının qorunması istiqamətləri üzrə dəstəklər veriləcək.
Marja xəbər verir ki, bu, Azərbaycan Mərkəzi Bankının qəbul etdiyi əlavə dəstəkləyici tədbirlərdə bildirilir.
Dəstəklər aşağıdakılardır:
-Sistem əhəmiyyətli banklar üzrə məcmu kapitalın adekvatlıq əmsalının 01 yanvar 2021-ci ilədək 12%-dən 11%-dək azaldılması;
-Digər banklar üzrə məcmu kapitalın adekvatlıq əmsalının 01 yanvar 2021-ci ilədək 10%-dən 9%-ə azaldılması;
- 01 yanvar 2021-ci ilədək kontr-tsiklik kapital buferinin 0.5%-dən 0 faizə endirilməsi;
- Bankların kapitalının adekvatlıq göstəricilərinin hesablanması zamanı bazar və əməliyyat risklərinin 01 yanvar 2021-ci ilədək nəzərə alınmaması; •
- Bankların öz vəsaitləri hesabına 2020-ci il 1 aprel tarixinə kimiverilmiş ipoteka kreditləri üzrə risk koofisentinin 100%-dən 50%-dək azaldılması;
- Bankların kapital mövqeyinin qorunması və gücləndirilməsi məqsədilə 2019- cu ilin nəticəsi üzrə dividend ödənişlərinin 30 sentyabr 2020-ci ilədək təxirə salınmasının və 2020-ci il üzrə aralıq dividend ödənilməməsinin banklara tövsiyə edilməsi;
- İstehlak kreditləri üzrə əlavə kapital tələblərinin 01 yanvar 2021-ci ilədək təxirə salınması;
- Kredit təşkilatlarında inspeksiyaların (hərtərəfli və tematik) təxirəsalınmaz reaksiya tələb edilən hallar istisna olmaqla 30 sentyabr 2020-ci ilədək tarixinədək təxirə salınması.
Həmçinin oxu
Mərkəzi Bank əlavə tədbirlər barədə qərar qəbul etdi
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 12 saat sonra
-
- 3 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Pulunu artırmaq istəyirsənsə, bu tədbiri ötürmə - Ekspertlər Bakıya gəlir
- 8 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
İqtisadi Şuranın iclası keçirilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb


















