Böyük ürəyə sahib “Qırmızı ürəklər”!
(®️) Son zamanlar ölkədə xüsusi karantin rejimi şəraitində dövlət qurumları ilə yanaşı, şirkətlər və ayrı-ayrı insanlar bir sıra xeyriyyə tədbirləri, yardım aksiyaları həyata keçirirlər. Sözügedən dəstək aksiyalarına Kapital Bank-ın əməkdaşları da qoşulub. Bankın yardım fonduna ayırdığı vəsait, sahibkarlara, təqaüdçülərə və digər müştərilərə etdiyi güzəştlərlə yanaşı, əməkdaşları tərəfindən təşəbbüs qrupu da yaradılıb.
Kapital Bank-ın əməkdaşlarının təşəbbüsü ilə yaradılan “Qırmızı ürəklər” könüllülər qrupu Bakı ilə yanaşı regionlarda da xeyriyyə aksiyaları keçirir, imkansız, çoxuşaqlı ailələri, əlilləri, yaşlı insanları ziyarət edir, onlara ərzaq və gündəlik tələbat məhsulları təqdim edir. Bu günə qədər “Qırmızı ürəklər” ölkənin 50-dək rayonda xeyriyyə aksiyaları təşkil edilib, 1000-ə yaxın aztəminatlı ailələrə yardım göstərilib.
“Son aylar ərzində ölkədə mövcud rejimlə əlaqədar müxtəlif sosial aksiyalar təşkil olunur. Kapital Bank da keçirilən dəstək və ianə tədbirlərinə qoşulub. Bu haqda artıq müxtəlif resurslar vasitəsilə məlumat vermişik. Bu gün mən bankın deyil, məhz bank əməkdaşlarının təşəbbüsünü qeyd etmək istərdim. Sevindirici hal odur ki, əməkdaşlarımızın yaratdıqları “Qırmızı ürəklər” könüllülər qrupu pandemiya dövründə çətinlik çəkən ailələrə qarşı biganə qalmayaraq bir çoxlarına dəstək oldu. Bildirim ki, təşkil etdikləri tədbirlər və xərclənən vəsait əməkdaşlarımız tərəfindən könüllü şəkildə həyata keçirilir. Belə gözəl layihəni həyata keçirdikləri üçün hər bir əməkdaşımıza təşəkkürümü bildirirəm və onlarla qürur duyuram”, - deyə, Kapital Bank-ın İdarə Heyətinin sədri Rövşən Allahverdiyev bildirib.
Qeyd edək ki, hazırda 100-dək üzvü olan təşəbbüs qrupu, 2019-cu ilin dekabr ayında yaradılıb. Qrupun əsas fəaliyyət istiqaməti uşaq evlərinə, sığınacaqlara yardım etməkdir. Təşəbbüs qrupu tərəfindən Azərbaycan Uşaqlar Birliyi Uşaq Reinteqrasiya mərkəzinə, Saray qəsəbəsində yerləşən Sosial Əmək fondunun nəzdində yerləşən 2 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinə və digər yerlər də dəfələrlə ziyarətlər təşkil olunub. Hazırki pandemiya şəraitinə biganə qalmayan “Qırmızı ürəklər”, istisna olaraq aztəminatlı ailələrə də kütləvi yardımlar həyata keçirir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 10 saat əvvəl
-
10 saat əvvəl
OPEC+ neft hasilatını gündəlik 188 min barel artırmaq barədə razılığa gəlib.
-
-
18 saat əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Hava yolu şirkəti fəaliyyətini dayandırıb
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
Mayın 3-də gözlənilən hava şəraiti
Bu bank pulunuza illik 12% gəlir təklif edir
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN













.jpg)






