Azərbaycanın bank sistemi üzrə proqnoz "mənfi"yə düşdü
“Moody`s” beynəlxalq reytinq agentliyi koronavirus (COVİD-19) epidemiyası və neftin ucuzlaşması fonunda Azərbaycanın bank sistemi üzrə proqnozu "müsbət"dən "mənfi"yə dəyişib.
"Proqnozun “Mənfi"yə dəyişdirilməsi koronavirus epidemiyasının ölkədə iqtisadi fəallığın pozulmasına gətirib çıxaracağı və neft qiymətlərinin ucuzlaşması ilə birlikdə vətəndaşların, kiçik və orta biznes müəssisələrinin, eləcə də iri şirkətlərin öz kreditlərinə xidmət göstərmək qabiliyyətinə zərbə vuracağı ilə bağlı gözləntilərimizi əks etdirir. Bütün bunlar Azərbaycanın bank sektorunda problemli kreditlərin payının artmasına gətirib çıxaracaq", - deyə agentliyin Azərbaycanın bank sektoruna dair icmalında bildirilir.
“Moody`s”in qiymətləndirmələrinə görə, Azərbaycan banklarının gəlirliliyi zəifləyəcək. Bununla belə, hökumətin bank sisteminin ölçüsünə nisbətən böyük ehtiyatlara malik olmasını nəzərə alaraq bank sektorunu, xüsusilə iri bankları dəstəkləmək bacarığı və hazırlığı yüksək olaraq qalacaq.
Agentlik koronavirus pandemiyasının və neftin aşağı qiymətlərinin bank sektoruna aşağıdakı mənfi təsirlərini qeyd edir: banklar üçün əməliyyat mühitinin pisləşməsi; bankların aktivlərinin keyfiyyətinin pisləşməsi; bankların, xüsusilə böyük həcmdə valyuta aktivlərinə malik olan bankların kapital yetərliliyi göstəriciləri təzyiq altında olacaq.
“Moody`s” hesab edir ki, Azərbaycan banklarının fondlaşdırılması və likvidliyi sabit səviyyədə olacaq.
Hazırda respublikada 30 bank fəaliyyət üçün lisenziyaya malikdir.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 19 saat sonra
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
-
1 saat əvvəl
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanla BƏƏ arasında strateji tərəfdaşlığın vəziyyəti müzakirə olunub
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb
Tramp bu gün yeni FED sədrinin adını açıqlayacaq
Ən çox oxunanlar
Yanvarın 31-də gözlənilən hava şəraiti
Azərbaycanda ov mövsümünün müddəti uzadılıb
Qızıl və gümüş kəskin ucuzlaşıb
"Azərkosmos"un illik gəlirinin məbləği açıqlandı









.png)














