Marcom şirkəti xidmətlərinin sayını artırır
Marcom Marketinq və Kommunikasiyalar şirkəti Azərbaycanda bazar iştirakçıları üçün rəqəmsal marketinq xidmətləri çərçivəsində kontent marketinq xidmətini istifadəyə verdi.
Şirkətin icraçı direktoru Ceyhun Fərzəliyev bu xidmət bazar iştirakçılarına rəqəmsallaşma dövründə daha effektiv fəaliyyət göstərməyə imkan yaradacaq: “Biz bu xidməti şirkətin 2020-ci il strateji inkişaf yol xəritəsinə uyğun olaraq iyun ayında istifadəyə verməyi planlaşdırırdıq. Lakin mövcud vəziyyət şirkətlərin rəqəmsal dünyaya inteqrasiyasını sürətləndirdiyi üçün xidməti qısa müddətə aktiv etməyi qərara aldıq. Bu gün şirkətlərin 70-80%-i rəqəmsal marketinqin imkanlarından geniş şəkildə istifadə edə bilmirlər. Bunun əsas səbəblərindən biri isə şirkətlərin veb platformalarında kifayət qədər faydalı və unikal kontentin (mətnlərin) olmamasıdır. Belə olduğu halda isə şirkətlər marketinq şirkətlərinin onlara təklif etdiyi rəqəmsal xidmətlərdən (SEO Optimizasiya, e-mail marketinq, google reklamları, veb sayt) ciddi şəkildə faydalana bilmirlər. Doğrudur, bu gün bazarda bu xidməti fərdi şəkildə təklif edən məhdud sayda frilans şəxslər olsa da, bu onların şirkətlərlə korporativ əməkdaşlıq etməsinə mane olur.”
Ceyhun Fərzəliyevin sözlərinə görə bu şirkətin 2020-ci il ərzində bazara təqdim etdiyi sayca ikinci xidmətdir:
“Biz bundan əvvəl bazara tibb sahəsində fəaliyyət göstərən klinika, dərman və tibbi avadanlıqlar satan şirkətlər üçün ilk dəfə olaraq tibbi marketinq xidmətini istifadəyə verdik. İnsanların onlayn xidmətlərə olan artan tələbatını nəzərə alaraq bu xidmətin sözü gedən fəaliyyət sahələri üçün zərurət olacağını düşünürəm. Hal-hazırda tibbi marketinq xidməti çərçivəsində 2 klinika ilə əməkdaşlığımızı davam etdiririk. Bu, istifadəyə verilən xidmətin 1 ayı üçün yaxşı göstəricidir.”
Qeyd edək ki, Marcom Marketinq və Kommunikasiyalar şirkəti həmçinin Avropa İnkişaf və Yenidənqurma bankının konsultantıdır. Şirkət, əməkdaşlıq çərçivəsində kiçik və orta sahibkarlara marketinq xidmətləri üzrə dəstək göstərir.
Müştərilərin xəbərləri
Ağdamda tütün sənayesi üzrə beynəlxalq standartlara uyğun yeni sınaq laboratoriyası istifadəyə verildi
SON XƏBƏRLƏR
- 2 həftə sonra
-
19 d. əvvəl
30 yaşına qədər olan 35 milyarder - 12-si sərvətini öz gücü ilə qazanıb
- 19 d. əvvəl
-
- 23 d. əvvəl
-
40 d. əvvəl
Daha 7 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyənləşdi
-
45 d. əvvəl
“Azexport” 5000-dən artıq üzvü olan “Shinseikai” platforması ilə anlaşdı
- 58 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bakcell Novruz ərəfəsində media nümayəndələri ilə görüş keçirib
- 1 saat əvvəl
-
2 saat əvvəl
AFB Bank daşınmaz əmlak krediti: Xəyal etdiyiniz evə bir addım qalır!
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Bayram günlərində işləyəcək banklar - SİYAHI
Azercell-dən xüsusi “OPPO” kampaniyası!
“Azərsun Holdinq” “SOS Uşaq Kənd”ində iftar verib
Bakcell Novruz ərəfəsində media nümayəndələri ilə görüş keçirib
Ən çox oxunanlar
Martın 19-da gözlənilən hava şəraiti
Bu gün FED faiz qərarını açıqlayacaq
Əmək müqaviləsinə xitam verilməsinin daha bir əsası müəyyənləşir
Ağdamda tütün sənayesi üzrə beynəlxalq standartlara uyğun yeni sınaq laboratoriyası istifadəyə verildi
Azərbaycan məhsulu bu il xaricdə 2 dəfəyə yaxın baha satılıb - 2 AYDA 58 MİLYONA YAXIN GƏLİR GƏTİRİB
Azərbaycan neftinin son qiyməti




















