“Yalnız aprelin 5-də sərnişin sayında kəskin azalma müşahidə olunub”
"Xüsusi karantin rejimində həyat fəaliyyətinin təmin edilməsi baxımından zəruri hesab olunan sahələrdə çalışan vətəndaşların daşınmasını təmin etmək məqsədi ilə müntəzəm və ekspres xətt avtobuslarının fəaliyyəti davam etdirilir".
Bunu Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib. Onun sözlərinə görə, müntəzəm xətlərlə yanaşı, 7 ekspress xətt üzrə əlavə 100 ədədə yaxın avtobus sərnişindaşıma prosesinə cəlb edilir:
“80-ə qədər avtobus isə ehtiyat olaraq müvafiq metro stansiyalarının ətrafında saxlanılır. Daşımaların tənzimlənməsi və orataya çıxan məsələlərin təcili həlli məqsədi ilə Bakı Nəqliyyat Agentliyinin mobil qrupları tərəfindən ərazidə nəzarət tədbirləri həyata keçirilir. Görülən bütün zəruri tədbirlərə baxmayaraq, hələ də xüsusi ilə səhər və axşam daşımalarında avtobuslarda sərnişin axını çoxluq təşkil edir”.
BNA rəsmisi aprelin 1-dən etibarən gündəlik ictimai nəqliyyatla daşınan sərnişin sayını da açıqlayıb. O bildirib ki, aprelin 1-də 614.142, 2-də 576.504, 3-də 554.652, 4-də 490.230, 5-də 177.209, 6-da 378.106, 7-də 394.071, 8-də 420.705, 9-da isə 424.051 sərnişin daşınıb:
“Daşımalara dair statistik məlumatlara əsasən yalnız aprelin 5-də sərnişin sayında kəskin azalma müşahidə olunub. Ötən gün isə aprelin 8-i ilə müqayisədə təxminən 24 mindən çox sərnişin artımı qeydə alınıb. İcra olunan sərnişindaşıma prosesi o cümlədən də avtobuslararası interval və iş qrafiki adi günlərdən fərqli olaraq məhz xüsusi karantin rejimi ilə icra olunur. Sərnişinlərimizdən də hazırkı daşımaları məhz bu cür qəbul etmələrini və davranışlarını mövcud vəziyyətə uyğun tənzimləmələrini xahiş edirik. Mövcud epidemik vəziyyətdə sosial məsafənin saxlanılmasının vacibliyini nəzərə alaraq avtobuslarda və dayanacaq məntəqələrində növbəlilik prinsipinə, sosial məsafəyə riayət edilməlidir”.
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 5 d. əvvəl
- 16 d. əvvəl
- 20 d. əvvəl
-
- 31 d. əvvəl
-
1 saat əvvəl
Kreml: Rusiya Ukrayna ilə bağlı danışıqlarda mövqeyini sərtləşdirəcək
- 1 saat əvvəl
-
1 saat əvvəl
“İstisu” ixracı 11 ayda təxminən 1,7 milyon dollar gəlir gətirib
-
1 saat əvvəl
Birləşmiş Krallıq və Lüksemburq "Azərkosmos"un xidmətlərindən istifadə edir
-
1 saat əvvəl
Bakı Ağ Şəhərin Babək kvartalında 20 mərtəbəli binalar tikiləcək
- 1 saat əvvəl
-
1 saat əvvəl
Elektron siqaretlərin idxalı, istehsalı və satışı qadağan edilir - aprelin 1-dən qüvvəyə minəcək
- 2 saat əvvəl
Son Xəbərlər
“SİMA İmza”nın tərəfdaş sayı 100-ə çatdı
ABB-dən daha 3 hesabat!
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Elektrik enerjisi və təbii qaz üçün sabit tariflər olacaq
“İstisu” ixracı 11 ayda təxminən 1,7 milyon dollar gəlir gətirib
Bakı Ağ Şəhərin Babək kvartalında 20 mərtəbəli binalar tikiləcək
“İxrac icmalı”nın dekabr sayı - TAM VERSİYA
Ən çox oxunanlar
Elektron siqaretlərin idxalı, istehsalı və satışı qadağan edilir - aprelin 1-dən qüvvəyə minəcək
Cəbrayıl və Zəngilanda sakinlər üçün bir ilk - VİDEO
Azərbaycanda Vakansiyalar - Azvak.az
İxracı 1 ayda Azərbaycana 41 milyon dollar gəlir gətirən meyvə


















