"2.5%-lə verdiyimiz mikrokreditləri banklar maksimum 12%-lə təqdim edə biləcəklər"
Aqrar sahədə təminatsız verilən mikrokreditlərin maksimal məbləği və müddəti artırılıb“Azərbaycan Prezidentinin 8 aprel 2020-ci il tarixli fərmanları ilə AKİA-ya verilmiş yeni səlahiyyətlər kənd təsərrüfatı sahəsində mikrokreditlərin stimullaşdırılmasına yönəlib” – AKİA sədri Mirzə Əliyev belə bildirib.
Əlavə edib ki, ölkə başçısının “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi haqqında Əsasnaməsi”ndə və “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydası”nda dəyişikliklər edilməsi barədə imzaladığı 2 fərman aqrar sahədə fəaliyyət göstərən kiçik sahibkarların maliyyəyə çıxışını asanlaşdırır.
“Dəyişikliklər bizə aqrar sahə ilə məşğul olmaq üçün istənilən mikrokreditlərin maksimal həddini 15000 manatadək artırmaq, müddətini 3 ilədək uzatmaq imkanı verir. Əvvəlki qaydalarla bu rəqəmlər 5000 manat və 2 il idi. Ən əsas məqam bu kreditlərin banklar tərəfindən təminatsız (girovsuz) verilməsidir” – Mirzə Əliyev deyib.
AKİA sədrinin sözlərinə görə, bankların mikrokreditlərə marağını artıracaq bir neçə səbəb var. Mikrokreditlərin məbləği kiçik olsa da, əməliyyat xərcləri iri məbləğli kreditlərin xərci qədərdir. Həmçinin bu kreditlərin riskləri də çoxdur. Ona görə də, hal-hazırda bazarda mikrokreditlərin orta faiz dərəcəsi 25%-dir. Bunları nəzərə alaraq, banklara maliyyələşmə dəyərini – xərclərini aşağı salmaq imkanı verən faiz dərəcəsi təklif edilir. AKİA-nın 2.5%-lə verdiyi mikrokreditləri banklar maksimum 12%-lə təqdim edə biləcəklər. Bundan əlavə, bank riski qismən dövlət tərəfindən qarşılanacaq.
“Biz əminik ki, bu dəyişikliklər – həm kreditlərin məbləği və müddəti, həm də bank risklərinin qismən dövlət tərəfindən qarşılanması kənd təsərrüfatı sahəsində kiçik sahibkarların artmasına, kiçik fermer təsərrüfatlarının möhkəmlənməsinə səbəb olacaq”, – AKİA sədri Mirzə Əliyev vurğulayıb.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 19 saat sonra
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
-
1 saat əvvəl
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanla BƏƏ arasında strateji tərəfdaşlığın vəziyyəti müzakirə olunub
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb
Tramp bu gün yeni FED sədrinin adını açıqlayacaq
Ən çox oxunanlar
Yanvarın 31-də gözlənilən hava şəraiti
Azərbaycanda ov mövsümünün müddəti uzadılıb
Qızıl və gümüş kəskin ucuzlaşıb
"Azərkosmos"un illik gəlirinin məbləği açıqlandı







.png)
















