AZAL yeni törəmə şirkətinə 7 təyyarə verəcək
“Azərbaycan Hava Yolları” (AZAL) QSC 100%-lik törəmə şirkəti olan Azərbaycanın yeni büdcə aviaşirkəti “Buta Airways”in donanmasına 7 ədəd “Embraer” sərnişin təyyarəsi verəcək.
AZAL-dan bildirilib ki, “Buta Airways”ə keçəcək “Embraer” sərnişin təyyarələri artıq AZAL-ın sərnişin aviaşirkətinin tərkibində olmayacaq:
“Sözügedən təyyarələrlə uçuşları yalnız “Buta Airways” həyata keçirəcək. Bunun əsasında yaradılan aviaşirkətin öz donanması, öz işçi ştatı və müstəqil tarif siyasəti olacaq. Yeni təyyarələrin alınması nəzərdə tutulmur. Hazırda bu və digər aspektlər üzərində iş aparılır. Büdcə aviaşirkətinin fəaliyyətə başlaması üçün tədbirlər görülür. Aviaşirkətin uçuşlara gələn ilin payız aylarında başlayacağı gözlənilir”.
“Hazırda bütün reyslərində baza tarifinin qiyməti vergi və rüsumlar da daxil olmaqla 49 avro təşkil edən “AZALJET” brendi altında 13 istiqamət üzrə uçuşlar yerinə yetirilir. Bu reyslərdə satış və uçuş sxemi lou-kosterlərə yaxındır. Yəni, sərnişinlərə bəzi xidmətlər seçimi ödənişli variantlar şəklində təqdim edilir. Gələn ilin payız aylarında uçuşlara başlaması planlaşdırılan “Buta Airways” və “AZALJET”də qiymətlərin və uçuşların necə tənzimlənəcəyi hələ müəyyənləşdirilməyib. Hazırda bu istiqamətdə ciddi işlər aparılır” - AZAL-dan bildirilib.
Qeyd edək ki, dekabrın 14-də “Azərbaycan Hava Yolları”nın İdarə Heyətinin iclasında Azərbaycanın aşağı büdcəli yeni aviadaşıyıcısının yaradılması barədə qərar qəbul edilib. “Buta Airways” adlandırılan yeni büdcə aviaşirkəti Heydər Əliyev Beynəlxalq Hava Limanında yerləşəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
6 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur












.jpg)








.jpg)
