Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Prezident Əli Həsənovun kadrını işdən çıxardı - SƏRƏNCAM

iç səhifə xəbər başlığı altı (mobil)_31
Prezident Əli Həsənovun kadrını işdən çıxardı - SƏRƏNCAM
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Prezident İlham Əliyev Vüqar Səfərlinin Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun İcraçı direktoru vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. 

Marja xəbər verir ki, sərəncama əsasən, Vüqar Müzəffər oğlu Səfərli Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun İcraçı direktoru vəzifəsindən azad edilib.

Qeyd edək ki, V.Səfərli 2009-cu ildən Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun İcraçı direktoru vəzifəsində çalışırdı.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Əhməd İsmayılovun Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun İcraçı direktoru təyin edilməsi haqqında sərəncam imzalayıb. 

Marja xəbər verir ki, sərəncama əsasən, Əhməd Məhəmməd oğlu İsmayılov Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun İcraçı direktoru təyin edilib. 

Prezidentin köməkçisi Əli Həsənov vəzifəsindən kənarlaşdırıldığına görə, onun kadrlarının aqibəti də hər kəsdə maraq doğurdu. Vüqar Səfərli Əli Həsənovun ən yaxn kadrlarından biri idi.

04.04.2020 17:27

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18