Mərkəzi Bankın bütün banklara limit qoyduğu bildirilir - YENİLƏNİB
Saat 10:20 -“Hazırda banklar tərəfindəın valyuta əməliyyatlarının aparılması üzrə hər hansı məhdudiyyət tətbiq edilmir”
Bunu Marja-ya məxsusi açıqlamasında Azərbaycan Banklar Assosiasiyasının (ABA) sədri Zakir Nuriyev bildirib.
Onun sözlərinə görəi, banklarda dollar satışında hansısa məhdudiyyətdən söhbət gedə bilməz, valyuta satışı əvvəlki qaydalarda həyata keçirilir:
“Əvvəllər olduğu kimi banklar 500 dollar və daha yuxarı alışlarda müştəridən şəxsiyyət vəsiqəsinin nüsxəsini tələb edirlər. Burada hər hansı dəyişiklik yoxdur. 20 min manatadək ekvivalentində həyata keçirilən valyutadəyişmə əməliyyatlarında isə müştərilər bankların müəyyən etdiyi forma üzrə məlumatlar təqdim edirlər. 20 min manatdan yuxarı məbləğlərdə də mübadilə əməliyyatları da həyata keçirilir, sadəcə olaraq bankların daxili qaydalarına uğun olaraq, müştəri əməliyyat haqqında məlumatın Maliyyə Monitorinqi Xidmətinə göndəriləcəyi haqqında məlumatlandırılır. Bu indiyədək də mövcud idi, yeni qayda deyil. Eyni zamanda, 20 min manatdan yuxarı məbləğlərdə mübadilə əməliyyatları zamanı təqdim edilmiş formada müştəri məlumatlarını banka təqdim edəcəkdir və bu məcburidir. Bu qaydalar əvvəllər də mövcud idi, heç bir yeni məhdudiyyətlər yoxdur, banklar adi rejimdə valyuta əməliyyatlarını həyata keçirirlər. Hər zaman 20 min manata qədər olan əməliyyatlar məhdudiyyətsiz həyata keçirilib və keçirilir, 20 min manatdan yuxarı olan bütün nəğd əməliyyatlar üzrə məlumatlar banklar tərəfindən Maliyyə Manitorinqi Xidmətinə təqdim edilib və ediləcək. Valyuta əməliyyatlarının aparılması üzrə banklar tərəfindəın hər hansı məhdudiyyət tətbiq edilmir”.
Zakir Nuriyev əlavə etdi ki, 500 dollardan yuxarı alışlarda xüsusi formanın doldurulması və 15 min AZN-dən yuxarı mübadilə əməliyyatlarının dayandırıldığı barədə məlumatlar doğru deyil.
“Vətəndaşlar istənilən banka müraciət etsinlər, banklar istənilən məbləği qaydalara uyğun dəyişəcəklər. Ajiotaj şəkildə valyuta dəyişməyə ehtiyac yoxdur”.
09:49 - Bu səhər Mərkəzi Bankın kommersiya banklarına göndərdiyi sənədə görə, Dollar satışında limit müəyyən olunub, 500 dollardan yuxarı alışlarda isə müştəri haqqında xüsusi forma doldurulacaq.
Azərbaycan Mərkəzi Bankının kommersiya banklarına valyuta satışı ilə bağlı tapşırıqlar verdiyi bildirilir.
Marja-nın bank sektorundakı mənbəsindən əldə etdiyi məlumata görə, tapşırığa əsasən, banklar bir müştəriyə 15 min manat ekvivalentindən (8823 dollardan) yüksək məbləğdə dollar satmamalıdırlar.
Digər bir məhdudiyyətə görə, 500 dollardan yuxarı mübadilə zamanı müştəri haqqında xüsusi forma doldurulacaq.
Xəbər verdiyimiz kimi, dünən neft qiymətləri 30%-dən çox düşüb, Brent neftinin qiyməti 31 dolları görüb. Bu vəziyyət Azərbaycanda 3-cü devalvasiya qorxularını artırıb.
Bu gün isə Brent nefti 7%-dən çox bahalaşıb və barelinin qiyməti 37.14 dollara yüksəlib (saat 09:45-ə olan məlumat).
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 6 saat sonra
-
-
10 saat əvvəl
"Fars": İran Yaxın Şərqdə İlon Maska məxsus şirkətləri hədəf alacaq
-
10 saat əvvəl
İkiqat qitə çempionları sponsor və azarkeşləri ilə görüşüblər - FOTOLAR
-
10 saat əvvəl
Tramp: Bu gecə İranı çox sərt şəkildə vuracağıq, Xarq adasını ələ keçirəcəyik
-
11 saat əvvəl
"Azərbaycan trüfel istehsalı üçün böyük potensiala malikdir"
- 11 saat əvvəl
-
11 saat əvvəl
Nazir: Dağ-mədən və metallurgiya sənayesinin inkişafı üzrə dövlət proqramı yekun mərhələdədir
-
12 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
- 12 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
"Fars": İran Yaxın Şərqdə İlon Maska məxsus şirkətləri hədəf alacaq
“Yaban Group” Əhmədlidə restoran açıb
Nazir: Dağ-mədən və metallurgiya sənayesinin inkişafı üzrə dövlət proqramı yekun mərhələdədir
Ən çox oxunanlar
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
TƏBİB-in İcraçı direktoruna yeni müavin təyin edilib
“Le Beirut” tələbləri pozub, satışı dayandırılıb

























