Rusiyadan neft açıqlaması: 6-10 il dözə bilərik
Rusiya Maliyyə Nazirliyi neft qiymətlərinin kəskin düşməsinə dair açıqlama yayıb.
Marja xəbər verir ki, ölkənin Milli Rifah Fondundakı vəsaitin kafi səviyyədə olduğu qeyd edilən açıqlamada, "Fond, aşağı neft qiymətlərinə baxmayaraq dövlətin öhdəliklərini yerinə yetirməsi və makro sabitliyi davam etdirmək üçün kafi səviyyədədir" deyilir.
Rusiyanın əlavə neft və təbii qaz gəlirlərinin köçürüldüyü fondun ölkənin ümumi daxili məhsulunun 9,2%-nə bərabər olduğu məlumatına yer verilən açıqlamada, "Milli Rifah Fondunda 1 Mart 2020-ci il tarixinə 10,1 trilyon rubl (təxminən 138 milyard dollar) var. Fonddakı vəsaitlər neft qiymətlərinin 6-10 il ərzində 25-30 dollar səviyyəsində qalması halında meydana gələcək kəsiri bağlaya biləcək səviyyədədir" ifadələrinə yer verilib.
Bu gün Rusiyanın əsas ixrac məhsullarından biri olan neftin barel qiyməti 30% düşərək 31 dollara gerilyib.
Ötən həftə Avstriyanın paytaxtı Viyanada təşkil edilən və təxminən 7 saat davam edən OPEC+ yığıncağından hasilatın əlavə azaldılmasına dair qərar çıxmadı. Rusiya OPEC-in təklifini qəbul etmədi. Bundan sonra Səudiyyə Ərəbistanı neft hasilatını artıracağını açıqlayaraq, rəsmi neft qiymətlərində endirim etdi. Bu gecə Brent nefti 30%-dən çox ucuzlaşaraq 31 dollaradək düşüb.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
-
47 d. əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 50 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Ən çox oxunanlar
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq
Rəsmi məzənnələr açıqlandı






















