Şəxsiyyət vəsiqəsilə avtomobil ehtiyat hissələrinin kreditlə satışına başlanıb
"Ştutqart" Mağazalar Şəbəkəsi avtomobil ehtiyyatı hissələrinin kreditlə satışına başlayıb.
Bunu Marja-ya "Ştutqart" Mağazalar Şəbəkəsinin kredit şöbəsinin rəhbəri Vüsal Şirməmmədov bildirib.
Onun sözlərinə görə, əksər müştərilərin bizə müraciəti, istismar müddəti müəyyən qədər olan avtomobillərin sayının çox olması və s proseslər məhsulun yaranmasına səbəb oldu:
“Artıq altı aya yaxındır ki, kredit şöbəsi fəaliyyətə başlayıb və bu vaxta qədər ciddi nəticələr əldə etmişik. Bizim bütün filiallarımızda kredit şöbəsi fəaliyyət göstərir. Kredit verilərkən heç bir rəsmi iş yerindən arayış gətirməyə ehtiyac yoxdur. Bununla yanaşı heç bir komissiya haqqı tələb edilmir. İstənilən müştəri şəxsiyyət vəsiqəsi həmçinin ehtiyat hissəsi alacağı avtomobilin sənədi ilə mağazamıza yaxınlaşmaqla çox sadə şəkildə krediti əldə edə bilər. Kredit 20-25 dəqiqə ərzində yerincədə sənədləşdirilir. Hər bir müştəriyə layiqincə xidmət etmək bizim şərəf borcumuzdur. Bizə hər zaman müştərilər müraciət etdikdə bildiririk ki, əgər sizin avtomobiliniz xarab olubdursa buna qətiyyən narahat olmayın çünki Ştutqart var”.
Vüsal Şirməmmədov əlavə etdi ki, “Ştutqart" Mağazalar Şəbəkəsi mütamadi olaraq müxtəlif endirim kampaniyaları həyata keçirir:

"Ştutqart" Mağazalar Şəbəkəsinin kredit şöbəsinin rəhbəri Vüsal Şirməmmədov
““Ştutqart" Mağazalar Şəbəkəsi fəaliyyəti dövründə müxtəlif kampaniyalar həyata keçirib. Bu kampaniyalardan biri də maya dəyərinə yaxın qiymətə satış kampaniyası olubdur ki, hər ayın təyin olunmuş bir günündə müştəri ehtiyyat hissələrini maya dəyərinə yaxın qiymətə gəlib alırdı. Bu kampaniya bizim 16 illiyimizlə bağlı da olacaq,hansı ki, bu kampaniyanın finalı olacaq. Burada bir ilk yaşanacaq. Kampaniya 2 gün davam edəcək. Belə ki, 7-8 mart tarixlərində baş tutacaq bu kampaniyada 8 mart beynəlxalq qadınlar bayramı günü ilə əlaqədar xanım müştərilərə xüsusi hədiyyələr veriləcək. Bundan başqa digər müştərilərə də hədiyyələr nəzərdə tutulub. Ümumiyyətlə bu tip kampaniyalar fərqli formada növbəti aylarda da keçiriləcəkdir.
Qarşıdan gələn Novruz Bayramı münasibəti ilə biz dəyərli müştərilərimizə “Novruz Xonçası” adlı kampaniyamız olacaq. Bu kampaniyanın şərti belədir ki, bizdən 500 manatdan yuxarı kreditlə alış edən bütün müştərilərimizə bəlli bir məbləğdə “Novruz Xonçası” olaraq hədiyyə veriləcək. Bu xonçada avtomobilə lazım olacaq ətir, təmizləyici məhsullar və s olacaq. Yəni biz Novruz bayramında müştərilərimizi hədiyyəsiz qoymayacağıq”.
Müştərilərin xəbərləri
“Ramazan payı” ianə aksiyasına start verildi - Fond vətəndaşları və şirkətləri bu nəcib təşəbbüsə qoşulmağa dəvət edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 2 gün sonra
-
-
10 d. əvvəl
BMW ABŞ-da təxminən 59 min avtomobili geri çağırır - Qısaqapanma riski
- 14 d. əvvəl
-
22 d. əvvəl
Daha bir Yapon nəhəngi TV biznesini Çin şirkətinə həvalə etdi
- 42 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Banklarda aktivlərin təsnifləşdirilməsi və ehtiyatların yaradılması iki tələb üzrə aparılacaqdır
- 1 saat əvvəl
-
1 saat əvvəl
Amerika bankı qızılın qiymətinin 6300 dollara çatacağını proqnozlaşdırır
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Daha bir Yapon nəhəngi TV biznesini Çin şirkətinə həvalə etdi
Rusiyanın neft və qaz gəlirləri azalır
Fevralın 26-da gözlənilən hava şəraiti
Ən çox oxunanlar
Banklarda aktivlərin təsnifləşdirilməsi və ehtiyatların yaradılması iki tələb üzrə aparılacaqdır
Azərbaycanda internetin sürətinə minimum hədd qoyula bilər
Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışı olub
Azərbaycanın sığorta bazarı kiçilib
Xalq Bankdan sahibkarlar üçün girovsuz biznes krediti
Avropanın ən böyük bankının mənfəəti azalıb























