15%-lə pul təklif edən Bankın verdiyi kreditlər kəskin artıb
“AFB Bank” ASC 2019-cu ili 6 milyon 244 min manat xalis mənfəət ilə başa vurub.
“Marja” Bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, 2019-cu ildə “AFB Bank” ın cəmi gəlirləri 40 milyon 253 min manat, cəmi xərcləri 23 milyon 268 min manat təşkil edib. Bankın gəlirləri xərclərini üstələdiyindən 16 milyon 985 min manat əməliyyat mənfəəti formalaşıb. Əməliyyat mənfəətindən 9 647 min manat Mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyata ayrılıb, 1 094 min manat mənfəət vergisi ödənilib. Nəticədə “AFB Bank” ötən ili 6 milyon 244 min manat xalis mənfəət ilə bağlayıb.
Müqayisə üçün qeyd edək ki, 2018-ci ildə “AFB Bank” ın cəmi gəlirləri 45 milyon 260 min manat, cəmi xərcləri, cəmi xərcləri 25 milyon 903 min maant, əməliyyat mənfəəti 19 milyon 357 min manat təşkil etmişdi. Həmçinin, mümkün zərərlər üçün yaradılmış məqsədli ehtiyatdan azad olmuş 4 milyon 596 min manat hesabına Bankın mənfəəti 23 milyon 953 min manata yüksəlmidi. 2 milyon 300 min manat mənfəət vergisi ödənildikdən sonra. “AFB Bank” 2018-ci ili 21 milyon 654 min manat xalis mənfəət ilə başa vurmuşdu.
“AFB Bank”ın 2018-ci ildə faiz gəlirləri 33 milyon 938 min manat ikən, 2019-cu ildə 28 milyon 854 min manat, 2018-ci ildə qeyri-faiz gəlirləri 11 milyon 322 min manat ikən 2019-cu ildə 11 milyon 399 min manat təşkil edib.
2018-ci illə müqayisədə 2019-cu ildə “AFB Bank”ın cəmi aktivləri 157 milyon 176 min manat və ya 37,6% artaraq 574 milyon 707 min manata yüksəlib. Bank 2018-ci ilin sonunda 417 milyon 530 min manat cəmi aktivlərə malik idi.
O cümlədən ötən il müştərilərə verilmiş kreditlər 171 milyon 565 min manat və ya 88% artaraq 365 milyon 870 min manata yüksəlib. 2018-ci ilin sonunda müştərilərə verilmiş kreditlər 194 milyon 305 min manat təşkil etmişdi.
“AFB Bank”ın biznes kreditləri portfeli 138 milyon 19 min manatdan, 291 milyon 315 min manata, istehlak kreditləri portfeli isə 19 milyon 72 min manatdan 33 milton 663 min manata yüksəlib.
Ötən il “AFB Bank”da depozitlər 88% artaraq ilin sonunda 379 milyon 425 min manata çatıb.
31 Dekabr 2019-cu il tarixində “AFB Bank” 79 milyon 152 min manat məcmu kapitala malik olub.
Qeyd edək ki, “AFB Bank” biznes kreditlərini 15%-dən, istehlak kreditlərini isə 16%-dən başlayan dərəcələr ilə təklif edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 1 gün sonra
-
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Tbilisidə BTQ dəmir yolunun təhvil-təslimi üzrə yekun aktın imzalanması müzakirə olunub
-
2 saat əvvəl
Qəbələdə nəhəng pivə və sərinləşdirici içki zavodu tikiləcək - Nazir şirkətin sahibilə görüşdü
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Yenidən icazə verildi - "FİNCA" borc alır: İLLİK 15%-LƏ 4 MİLYON MANAT PUL LAZIMDIR
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bakı–Tbilisi–Qars üzrə müqavilələr imzalandı
Tbilisidə BTQ dəmir yolunun təhvil-təslimi üzrə yekun aktın imzalanması müzakirə olunub
"FNC BOKT" da 15 faizlə borc alır
Hotellər üçün minimum qiymət müəyyən edilməsi təklif olunur
Ən çox oxunanlar
Yenidən icazə verildi - "FİNCA" borc alır: İLLİK 15%-LƏ 4 MİLYON MANAT PUL LAZIMDIR
Neftin qiyməti son 4 ayın ən yüksək səviyyəsinə çatdı
Daha bir BOKT 15 faizlə borca pul istəyir - ŞƏRTLƏR
"FINCA Azerbaijan" illik 9 faizlə 1 milyon dollar borc aldı
Qızılın qiymətində yeni rekord
Toyota-dan tarixi rekord: 11,3 milyon satışla liderliyi qorudu
“CatMod Azərbaycan” seysmik risk modellərinin hazırlanması layihəsi müzakirə edilib
Nəhəng neft şirkəti olan Lukoil ABŞ şirkətinə satılır





















