Depozitlərə 59 milyon ödəyib, kreditlərdən 336 milyon manat qazanıb
"Kapital Bank" böyüdükcə depozitlər üzrə faiz xərcləri azalır, kreditlərdən faiz gəlirləri isə artır.
“Kapital Bank” 2019-cu ildə müştərilərə verilmiş kreditlərdən əldə etdiyi faiz gəlirlərini və müştərilərə depozitlərinə görə ödədiyi faizin məbləğini açıqlayıb.
“Marja” Bankın illik hesabatına istinadən xəbər verir ki, ötən il “Kapital Bank”ın müştərilərə verdiyi kreditlərdən əldə etdiyi faiz gəlirləri 335 milyon 825 min manat təşkil edib. Bu gəlir 2018-ci illə müqayisədə 80 milyon 65 min manat artıb. Bank 2018-ci ildə müştərilərə verilmiş kreditlərdən 255 milyon 760 min manat faiz gəliri əldə etmişdi.
2019-cu ildə “Kapital Bank” depozitlər üzrə 59 milyon 177 min manat faiz ödəyib. 2018-ci ildə bu rəqəm 69 milyon 121 min manat idi. Beləliklə, Bankın depozitlər üzrə ödədiyi faiz 9 milyon 944 min manat azalıb.
2018-ci ilin sonu ilə müqayisədə “Kapital Bank”ın cəmi aktivləri 11,4% artaraq 2019-cu ilin sonunda 4 milyard 143 milyon 322 min manata, müştərilərə verilən kreditlər 21,3% artaraq 1 milyard 821 milyon 222 min manata, depozitlər isə 9,7% artaraq 3 milyard 235 milyon 996 min manata çatıb.
HƏMÇİNİN OXU: “Kapital Bank”ın xalis mənfəəti rekord qırdı
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 1 gün sonra
-
- 21 d. əvvəl
-
58 d. əvvəl
Nazir Azərbaycanın qabaqcıl İKT şirkətlərinin nümayəndələri ilə görüşüb
-
1 saat əvvəl
Azərbaycanın “Aqro-Vest DC” şirkəti Rusiyanın "NP "Konfil" şirkətinin rəsmi distribüteri oldu
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
-
3 saat əvvəl
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Yanvarın 30-da gözlənilən hava şəraiti
ABB-dən gənc şahmatçı Xaqan Əhmədə dəstək!
Microsoft-un xalis mənfəəti 60 faiz artıb
2025-ci ildə Tesla-nın gəliri və mənfəəti azalıb
Ən çox oxunanlar
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
Azvak.az-da yayımlanmış yeni iş elanları
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı




















