Fitch: Neft ixrac edən ölkələr aşağı qiymətlərin təzyiqini hələ də hiss edir
Beynəlxalq kredit reytinqi agentliyi "Fitch Ratings", bəzi önəmli neft ixracatçısı ölkələrin hələ də aşağı xam neft qiymətlərinin təzyiqini hiss etdiyini bildirib.
"Marja" xəbər verir ki, "Fitch Ratings"dən verilən açıqlamada, neft qiymətlərinin geriləməyə başladığı 2014-cü ilin İyun ayından bu yana təxminən 3 il keçməsinə baxmayaraq önəmli neft ixracatçısı bəzi ölkələrin hələ də aşağı qiymətlər səbəbindən maliyyə cəhətdən əziyyət çəkdiyi bildirilib.
Açıqlamada, inkişaf etməkdə olan Avropa, Yaxın Şərq və Afrika regionlarındakı 14 ixracatçı ölkənin 11-də neft istehsalı xərclərinin xam neft qiymətlərinin üzərində olduğu vurğulanıb.
Sözügedən ölkələrin çoxunda qənaət, subsidiya islahatları,neft hasilat səviyyəsini yüksəltmək kimi yollarla istehsal xərclərinin keçən il azaldıldığı, ancaq bu tədbirlərin gec həyata keçirildiyi qeyd edilib.
Açıqlamada, Nigeriya, Anqola və Qabonda artan dövlət xərcləri səbəbindən bu ölkələrdə 2017-ci ildə büdcə tarazlığının 2015-ci illə müqayisədə daha yüksək bir səviyyədə olmasının ehtimal edildiyi bildirilib.
Digər tərəfdən, aşağı neft qiymətlərinə qarşı Rusiyanın müdaxiləsinin vaxtında olduğuna işarə edilərək, bunun ölkənin reytinqinə müsbət əks olunduğu və 2016-cı ilin Oktyabr ayında ölkənin kredit reytinqinin proqnozunun "neqativ"dən "sabit"ə qaldırıldığı xatırladılıb.
Fitch Ratings, xam neft qiymətlərinin bu il orta hesabla 52,5 dollar olacağını nəzərdə tutur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
13 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
15 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 15 saat əvvəl
- 15 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur



















.jpg)
