“AzSığorta” yüksəklikdən yerə çırpıldı
Rəhbəri rəqiblərinin endirimlərindən şikayətlənən “AzSığorta” ASC 2016-cı ili 2 milyon 299 min manat xalis mənfəət ilə başa vurub. Bu, 2015-ci illə müqayisədə 7,6 dəfə azdır. “AzSığorta” 2015-ci ildə 17 milyon 370 min manat xalis mənfəət açıqlamışdı.
GƏLİRLƏRİ DƏ KƏSKİN AZALIB
“Marja” şirkətin maliyyə hesabatlarına istinadən xəbər verir ki, ötən il “AzSığorta”nın cəmi gəlirləri 28 milyon 844 min manat, cəmi xərcləri isə 25 milyon 970 min manat təşkil edib. 2015-ci ildə Şirkətin cəmi gəlirləri 46 milyon 859 min manat, cəmi xərcləri isə 25 milyon 147 min manat olmuşdu.
2015-ci illə müqayisədə ötən il “AzSığorta”nın birbaşa sığorta üzrə topladığı sığorta haqları 32 milyon 417 min manatdan 22 milyon 526 min manata geriləyib (30,5% azalma).
Şirkət əvvəlki illərdə topladığı sığorta haqlarına və ödənişlərinə görə, böyük yox, ən böyük sığorta şirkətlərindən biri idi. Ötən ildən başlayaraq şirkətin ulduzu sönməyə başlayıb.
31 Dekabr 2016-cı il tarixinə “AzSığorta” 60 milyon 465 min manat cəmi aktivlərə, 33 milyon 439 min manat cəmi kapitala 27 milyon 26 min manat cəmi öhdəliklərə malik olub.
“MÜŞTƏRİLƏRİMİZİ İTİRİRİK”
“AzSığorta” şirkətinin Müşahidə Şurasının sədri Viladi Maniyev deyib ki, hazırda qoyulan qaydalarla avtomobillərin icbari sığortasını satmaq olmur. Çünki bəzi sığorta şirkətləri müştərilərə 30% endirim təklif edirlər. Nəticədə müştərilərimizi itiririk”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 11 saat sonra
-
-
3 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 9 saat əvvəl
-
10 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!























