“Nar”dan Yeni il səfərləri üçün sərfəli rominq paketləri
(®) Ölkənin ən gənc mobil operatoru “Nar”, Yeni il ərəfəsində səfərə çıxan abunəçiləri üçün sərfəli rominq paketləri təklif edir. Mobil operatorun rominq paketləri müştərilərin tələblərinə uyğun olaraq səsli zəng, internet və “WhatsApp”da pulsuz yazışma imkanı verir. “Nar” istifadəçiləri Türkiyə, Rusiya, Gürcüstan, Birləşmiş Ərəb Əmirlikləri kimi populyar istiqamətlər də daxil olmaqla, 45 ölkədə müvafiq romiq paketinə qoşularaq öz yaxınları ilə daim ünsiyyətdə qala bilərlər.
Səyahət zamanı rahat ünsiyyətdən yararlanmaq üçün abunəçilər ehtiyaclarına uyğun olaraq 4 rominq paketindən birini seçə bilərlər. “Roaming 9” paketi abunəçilərə 500 MB internet, “Roaming 15” paketi 500 MB internet və 50 dəqiqə səsli zəng, “Roaming 18” paketi 1 GB internet, “Roaming 28” paketi isə 1 GB internet və 100 dəqiqə səsli zəng xidməti təklif edir. Xüsusilə qeyd etmək lazımdır ki, “Roaming 18” və “Roaming 28” paketlərində “WhatsApp” yazışmaları tamamilə pulsuzdur. Yəni bu trafik rominq internet paketindən çıxılmır.
Qeyd edək ki, səyahət zamanı “Nar” nömrələrində rominqi aktivləşdirənlərin sayı ötən illə müqayisədə 2019-cu ilin yanvar-noyabr aylarında 25%, rominqdə istifadə olunan internet trafikinin həcmi isə 68% artıb. Ümumilikdə, “Nar” dünyanın 117 ölkəsində abunəçilərinə keyfiyyətli rominq xidmətləri təklif edir. Daha ətraflı məlumatı www.nar.az səhifəsindən əldə etmək olar.
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97,7%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 8600-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
3 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 4 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır


















.jpg)



