Çindən Azərbaycana 1 milyon ədəd gətirildi

Kənd Təsərrüfatı Nazirliyinin yaydığı məlumata görə, Azərbaycanda baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illəri əhatə edən Dövlət Proqramı çərçivəsində həyata keçirilən tədbirlər davam etdirilir. Dövlət Proqramında 2025-ci ilə qədər yaş barama istehsalı həcminin 6 min tona çatdırılması nəzərdə tutulur.
Proqramın tədbirlər planına əsasən, yaxın illərdə baramaçılıq və ipəkçilik sahəsində klaster yanaşmanın tətbiqinin dəstəklənməsi, yeni məhsuldar ipəkqurdu cinsləri və hibridlərinin yaradılması, ilkin toxumçuluğun təşkili istiqamətində elmi-tədqiqat işlərinin genişləndirilməsi, baramaçılıqla məşğul olan təsərrüfat subyektlərini sənaye tut ipəkqurdu toxumu ilə təmin edəcək toxumçuluq (qren) zavodlarının yaradılmasının dəstəklənməsi nəzərdə tutulub.
Dövlət Proqramına əsasən baramaçılığın yem bazasının genişləndirilməsi, yeni tut (çəkil) bağlarının salınması üçün Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Çin Xalq Respublikasından calaq olunmuş yüksək yarpaq çıxımına malik, iqlim şərtlərinə davamlı tinglərin gətirilməsi prosesi həyata keçirilir.
Bu məqsədlə Çin Xalq Respublikasından Azərbaycana 1 milyon ədəd tut tingi gətirilib. Tinglərə Heydər Əliyev Hava Limanında Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları tərəfindən baxış keçirilib. Bildirilib ki, tut tingləri müəyyən olunmuş bölgülər üzrə rayonlarda baramaçılıq sahəsində fəaliyyət göstərən fermerlərə pulsuz paylanacaq. Bu tinglər calaq olunduğu üçün iqlimin əlverişsiz amillərinə qarşı dözümlüdür, yaşıl kütlə çıxımının keyfiyyətli olması səbəbindən barama qurdundan əldə olunan məhsul da bazar rəqabətinə davamlıdır.
Xatırladaq ki, indiyə qədər ölkəyə 3,5 milyon ədəd tut tingi gətirilib. 2016-cı ildə Çin Xalq Respublikasından 1,5 milyon tut (çəkil) tingi, 2017-ci ildə 1 milyon ədəd, 2018-ci ildə isə əlavə olaraq yenidən 1 milyon ədəd tut tingi gətirilərək çinli mütəxəssislərin müşayiəti ilə 38 rayonda intensiv tipli tut bağlarının salınması təmin olunub. Tut tinglərinin əkilməsi və digər qulluq işlərinin həyata keçirilməsində fermerlərə müvafiq məsləhət xidmətləri göstərilməkdədir.
Barama istehsalı ilə məşğul olan şəxslərə emal müəssisələrinə təhvil verdikləri baramanın hər kiloqramına görə 5 manat məbləğində subsidiyanın, 4 manat isə emal müəssisəsi tərəfindən verilməsi bu sahəyə marağı daha da artırıb. Hazırda respublikamızın 38 rayonunun əhatə edən 5543 nəfər istehsalçının bu sahədə məşğulluğu təmin edilib. Nəticədə, 2019-cu ildə 641 ton barama istehsalına nail olunub və dövlət büdcəsi hesabına 3 milyon 100 min manat subsidiya ödənilib. Bu il ilk dəfə olaraq Zərdab rayonunda 300 qutu, Tərtər rayonunda isə 50 qutu tut ipəkqurdunun ikinci yemləməsi həyata keçirilib və hər qutu ipəkqurdundan 20 kq olmaqla cəmi 7 min kq yaş barama isrehsal edilərək emal müəssisələrinə təhvil verilib. İpəkçilik üzrə Dövlət Proqramının icrası ilə bağlı 2019-cu il üçün investisiya proqramına uyğun olaraq Zərdab, Füzuli, Bərdə, Ağsu, Zaqatala rayonlarının hər birində istehsal gücü 200 ton olan barama qurutmaxanalarının və 120 kvadratmetr sahəsi olan inkubasiya otaqlarının tikintisinə başlanıb.
Dövlət Proqramına uyğun olaraq yaxın illərdə baramaçılığın güclü inkişafını təmin etmək məqsədilə tut bağlarının sahəsinin artırılması, Aqrar Elm və İnnovasiya Mərkəzinin Baytarlıq Elmi-Tədqiqat İnstitunun ixtisaslaşmış laboratoriyasında süni yem istehsalına nail olmaqla barama istehsalının həcminin artırılması planlaşdırılır. Eyni zamanda, barama istehsalçılarının üzləşdikləri problemlərin operativ həll edilməsi məqsədi ilə Kənd Təsərrüfatı Nazirliyində 11 nəfərdən ibarət Barama İstehsalçıları Şurası yaradılıb.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
8 saat əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
10 saat əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
-
10 saat əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
-
11 saat əvvəl
Prezidentdən sərnişin daşınmasının təkmilləşdirilməsi ilə bağlı FƏRMAN
- 11 saat əvvəl
-
11 saat əvvəl
Sərnişin daşınmaları ilə məşğul olan sahibkarlara subsidiya veriləcək
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Maliyyə Nazirliyində kollegiya iclası keçirilib, nazir müvafiq tapşırıqlar verib
-
12 saat əvvəl
16 faiz gəlir təklif edən istiqrazlar barədə “Ticarətə İcazə” qərarı verilib
- 12 saat əvvəl
Son Xəbərlər

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar

17 min 846 manatdan başlayan ilkin ödənişlə mənzillər

“Şinkar Holding”ə 3,4 milyon manatlıq sifariş

Şirkətlər 17,2 milyon manatlıq müqavilələr bağladı - Ağdam şəhərində binalar tikiləcək

"Citibank" SOCAR-a borc vermək niyyətindədir - SOCAR-ın prezidenti və "Citibank"ın idarəedici direktoru görüşüb
