"Azərbaycanın dəmir yolları Çinin “Bir Kəmər-Bir Yol” təşəbüssünün vacib hissəsidir"
Azərbaycanın dəmir yolları Çinin “Bir Kəmər-Bir Yol” təşəbbüsünün vacib hissəsidir”.
Bunu açıqlamasında ABŞ-dan olan siyasi ekspert Piter Teys Azərbaycanın sözügedən layihədəki rolu ilə bağlı fikirlərə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, rəsmi Pekinin tranzit üçün Azərbaycan ərazisini seçməsi təsadüfi deyil: “Azərbaycanın dəmir yolları səmərəliliyinə görə dünyada ilk yerlərdən birini tutur, Mərkəzi Asiya ölkələrinin iqtisadi cəhətdən böyüməsi üçün vacibdir. Bu dəmir yolları Cənub-Şərqi Asiya və Cənubi-Şərqi Avropa arasında ticarəti inkişaf etdirir. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan dəmir yolu nəqliyyatının inkişafı və ümumilikdə milli iqtisadiyyatın gücləndirilməsi istiqamətində böyük bir siyasət yürüdür".
Xatırladaq ki, Çin 2013-cü ildə Avrasiya ölkələri arasında infrastrukturun yaradılmasına və qarşılıqlı iqtisadi əlaqələrin qurulmasına yönəlmiş “Bir Kəmər-Bir Yol” adlı yeni iqtisadi inkişaf strategiyası elan edib. Strategiya iki əsas inkişaf istiqamətini nəzərdə tutur: “İpək Yolu İqtisadi Kəməri” və “Dəniz İpək Yolu”. Söhbət malların Şərqdən Qərbə güzəştli şərtlərlə birbaşa daşınması üçün ticarət dəhlizinin yaradılmasından gedir. Çin ilə Azərbaycan xalqları arasında böyük tarixə malik olan dostluq münasibətləri nəticəsində Azərbaycan Çinin irəli sürdüyü “Bir kəmər, bir yol” təşəbbüsünə Qafqaz regionunda dəstək verən ilk ölkə olub. Bu baxımdan “Bir kəmər, bir yol” strategiyasının həyata keçirilməsində Azərbaycan logistika mərkəzi, qovşaq və körpü rolunu oynayır.

Amerikalı ekspertin sözlərinə görə, Azərbaycan Avropanın və Qərbi Asiyanın inkişafı üçün əsas amilin təhlükəsizlik olduğunu dünyaya göstərib: "Bununla yanaşı, Azərbaycan hökuməti 2005-2006-ci ildə Türkiyə və Gürcüstanla birgə böyük logistik və nəqliyyat layihələri həyata keçirib. Hazırda həyata keçirilən “Bir Kəmər-Bir Yol” təşəbbüsü Asiya ölkələrinə və Cənubi Şərqi Avropa ölkələrinə faydalı olacaq. Azərbaycan “Bir Kəmər-Bir Yol” layihəsindən iqtisadi və maliyyə üstünlükləri əldə edəcək, bu layihəyə Asiya, Avropa və Afrikada investisiya qoyulacaq. “Bir Kəmər-Bir Yol” qitələrarası layihəsi böyük bir iqtisadi artımı təmin edəcək, Avropa və Asiyada infrastruktur, yük və logistika şəbəkəsini gücləndirəcək”.
O, əlavə edib ki, rəsmi Pekin dünya iqtisadiyyatını inkişaf etdirməyə qərarlıdır: “Eyni zamanda Çin Afrikada, Latın Amerikasında, Mərkəzi Amerikada əsas geosiyasi oyunçu olaraq öz rolunu genişləndirməyi planlaşdırır. Bununla yanaşı, bu gün Çinlə ABŞ arasında aparılan danışıqlar heç bir nəticə vermir. Bu faktdır ki, “Bir Kəmər –Bir Yol” layihəsi ambisiyalı layihədir və rəsmi Pekin layihəni müəyyən edilmiş vaxtdan əvvələ yerinə yetirməklə bağlı öhdəliyinə sadiqdır. Azərbaycan layihədən iqtisadi mənfəət və böyük investisiya əldə edəcək”.

Xatırladaq ki, Prezident İlham Əliyevin 2015-ci ilin dekabrında Çinə rəsmi səfəri çərçivəsində “Azərbaycan Hökuməti və Çin arasında İpək Yolu İqtisadi Kəmərinin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu” imzalanıb.
Bir müddət əvvəl Bakı-Tibilisi-Qars (BTQ) dəmir yolu xətti ilə Çindən Avropaya ilk 850 metr uzunluğunda yük qatarı göndərilib. Onun yükü 76 kubmetr və elektron komponentləri daşıyan 42 konteynerdən ibarət olub. BTQ Çinin elan etdiyi, Azərbaycan da daxil olmaqla bir sıra ölkələrin dəstəklədiyi “Bir Kəmər- Bir Yol” iqtisadi inkişaf strategiyasının tərkib hissəsinə çevrilir. Bu strategiya iki mühüm inkişaf istiqamətini əhatə edir: 60-dan çox ölkəni əhatə edən İpək Yolu iqtisadi kəməri və Dəniz İpək Yolu. İpək Yolunun uzunluğu 18 min kilometrdir. Söhbət şərqdən qərbə güzəştli şərtlərlə birbaşa malgöndərmələr üçün ticarət dəhlizi yaradılmasından gedir.
Avropa ilə Çin arasında ən qısa dəmir yolu əlaqəsini təmin edən BTQ, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kimi önəmli infrastruktur layihələri “Bir Kəmər, Bir Yol” təşəbbüsü və ümumilikdə regional əməkdaşlıq üçün böyük əhəmiyyət daşıyır. Onun sayəsində Çindən Avropaya yüklərin daşınma müddəti xeyli azalıb. Bu, o deməkdir ki, Çindən daşınan yüklər iki həftə müddətində Azərbaycandan keçərək Avropaya çatır. Layihə həm də Azərbaycanın dəmir yolu nəqliyyatı sahəsində çox mühüm rol oynadığını nümayiş etdirir.
Müştərilərin xəbərləri
500-dən artıq müraciətdən 20 layihə seçilib, 10 layihə finala çıxıb - “Bizdən Biznesə”nin qalibləri seçildi
Bayram günlərində 12 bankın 60 satış nöqtəsi, 68 poçt şöbəsi və valyuta mübadiləsi məntəqələri xidmət göstərəcək - SİYAHI
SON XƏBƏRLƏR
- 17 saat sonra
- 15 saat sonra
-
2 saat əvvəl
ARDNF-in investisiya portfelində qızılın payı 35 %-ə çatdırılacaq
-
-
3 saat əvvəl
Bank of Baku istiqrazları üzrə ilk kupon ödənişi həyata keçirilib
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Prezident İlham Əliyev “Bakı Ağ Şəhər”də həyata keçirilən işlər ilə tanış olub - FOTOLAR, YENİLƏNİB
-
3 saat əvvəl
İqtisadi Zonaların İnkişafı Agentliyinin Müşahidə Şurasının iclası keçirilib
- 3 saat əvvəl
-
4 saat əvvəl
Avropa Yenidənqurma və İnkişaf Bankının istiqrazları üzrə ilk kupon ödənişi həyata keçiriləcək
- 4 saat əvvəl
-
4 saat əvvəl
Fərid Məmmədov “Forbes”da Azərbaycanın yeni rəqəmsal erasından bəhs etdi
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
ARDNF-in investisiya portfelində qızılın payı 35 %-ə çatdırılacaq
Bank of Baku istiqrazları üzrə ilk kupon ödənişi həyata keçirilib
Ötən ay təyin edilən icra başçısı işdən çıxarıldı
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avropa Yenidənqurma və İnkişaf Bankının istiqrazları üzrə ilk kupon ödənişi həyata keçiriləcək
“McDonald’s Azərbaycan” Yeni Yasamalda restoran açdı - FOTO
Dekabrın 29-da gözlənilən hava şəraiti - XƏBƏRDARLIQ
"Xalq Bank"ın istiqrazlarına 72 investordan 72 sifariş
Azərbaycan bankı Fevralın 1-dən tarixindən islami məhsullarını təqdim edəcək - ŞƏRTLƏR





















