Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Üç şadlıq sarayı üçün manqal qadağası aradan qaldırılıb - SİYAHI

iç səhifə xəbər başlığı altı (mobil)_31
Üç şadlıq sarayı üçün manqal qadağası aradan qaldırılıb - SİYAHI
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Bir neçə şadlıq sarayının manqallarına qoyulan məhdudiyyət aradan qaldırılıb".

 

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bu gün keçirdiyi növbəti monitorinq zamanı qərar qəbul olunub.

 

Nazirliyin Departament direktoru Ramal Bağırov jurnalistlərə açıqlamasında qeyd edib ki, söhbət “Monte Karlo”, “Madonna” və “Piano” şadlıq saraylarından gedir: "Həmin şadlıq saraylarında bir neçə gün əvvəl keçirilən monitorinq zamanı təmizləyici qurğulara texniki xidmət göstərilməməsi, filtrlərin vaxtaşırı təmizlənməməsi müşahidə edilmişdi və havaya normadan artıq tullantı atıldığına görə manqalların istifadəsinə məhdudiyyət qoyulmuşdu. Bu iaşə obyektlərinin sahibləri mövcud problemi artıq aradan qaldırdığından onların manqal fəaliyyəti yenidən bərpa olunub. Amma bu da onların cərimədən azad olunması demək deyil. Əgər obyekt sahibləri cərimə olunmalarını, manqallarının bağlanmasını istəmirlərsə, daimi olaraq təmizləyici qurğuların filtrlərinə nəzarət edərək onların vaxtlı-vaxtında təmizlənməsini, dəyişdirilməsini təmin etməlidirlər. Nəticədə insanlarımızın narahatçılığına, atmosferin çirkləndirilməsinə səbəb olan şərait yaranmasın".

 

ETSN rəsmisi eyni zamanda digər şadlıq sarayları sahiblərinə də müraciət edib: "Təmizləyici qurğuların filtrlərinin vaxtaşırı dəyişdirilməsi mütləqdir, bundan sonra da havanı çirkləndirən iaşə obyektləri barədə məhdudlaşdırıcı tədbirlər görüləcək, araşdırma və monitorinqlər davam etdiriləcək".

 

Qeyd edək ki, sözügedən obyekt sahibləri barəsində protokollar tərtib edilmiş və onların manqallarının istifadəsinin məhdudlaşdırılması üçün qərar çıxarılmışdı. Qərarın icrasının təmin olunması məqsədilə sənədlər icra və probasiya şöbələrinə göndərilmişdi.

 

NAĞD PUL 17%-DƏN

 

© "Report" 

23.11.2019 12:59

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18