Azərbaycana avtomobil idxalında 2019-un rekordu
2019-cu ilin Oktyabr ayında ölkəmizə 4 min 549 ədəd nəqliyyat vasitəsi idxal edilib. Bu, 2019-cu ildə ən yüksək aylıq avtomobil idxalıdır.
2019-cu ilin yanvar-oktyabr ayları ərzində (10 ayda) Azərbaycana 35 min 457 ədəd cəmi nəqliyyat vasitələri (avtomobillər) idxal olunub.
“Marja” Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, bu, 2018-ci ilin yanvar-oktyabr dövrü ilə müqayisədə 1,8 dəfə çoxdur. Belə ki, ötən ilin yanvar-oktyabr dövründə ölkəmizə 19 min 336 nəqliyyat vasitələri idxal olunmuşdu.
2019-cu ilin Yanvarında 2 min 512 ədəd, Fevralında 2 min 657 ədəd, Martında 2 min 809 ədəd, Aprelində 3 min 717 ədəd, Mayında 3 min 890 ədəd, İyununda 3 min 155 ədəd, İyulunda 4 min 234 ədəd, Avqustunda 3 min 721 ədəd, Sentyabrında 4 min 213 ədəd, Oktyabrında isə 4 min 549 ədəd nəqliyyat vasitəsi idxal edilib. Oktyabr 2019-cu ildə ən çox nəqliyyat vasitəsinin idxal edildiyi aydır.
O cümlədən, 2019-cu ilin yanvar-oktyabr aylarında Azərbaycana 31 min 934 ədəd minik avtomobili, 441 ədəd avtobus, 2 min 934 ədəd yük avtomobili və 148 ədəd xüsusi təyinatlı vasitə idxal olunub.
Müqayisə üçün qeyd edək ki, 2018-ci ilin yanvar-oktyabr dövründə 17 min 345 ədəd minik avtomobili, 179 ədəd avtobus, 1 722 ədəd yük avtomobili və 90 ədəd xüsusi təyinatlı vasitə idxal olunmuşdu.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
5 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 6 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)







.jpg)








