Qlobal təbii qaz və elektrik enerjisi istehsalı daha çox artacaq
IEA-nın hesabatına görə, 2040-cı ilə qədər qlobal neft istehsalı 10%, qlobal təbii qaz istehsalı 40% artacaq. Mövcud siyasətlərlə davam edilməsi halında Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) neft istehsalındakı payı 39% olacaq.
Qlobal elektrik enerjisi istehsalının 2040-da keçən illə müqayisədə 45,4 artımla 38,7 milyard meqavat saata çatacağı nəzərdə tutulur.
"Marja" xəbər verir ki, Beynəlxalq Enerji Agentliyinin (IEA) 2019 Dünya Enerji Proqnozları Hesabatına görə, keçən il 23 milyard meqavat saat olan qlobal elektrik enerjisi tələbi 2040-a qədər 34,5 milyard meqavat saata yüksələcək.
Qlobal elektrik enerjisi tələbinin böyük hissəsi 18 milyard meqavat saat ilə Asiya-Pasifik Bölgəsindəki ölkələrdən qaynaqlanacaq, bu bölgənin ardınca 5,6 milyard meqavat saat ilə Şimal Amerika gələcək.
Keçən il 26,6 milyard meqavat saat olaraq hesablanan qlobal elektrik enerjisi istehsalı, 2040-da 45,4% artımla 38,7 milyard meqavat saata çatacaq. İstehsalda bərpa olunan enerji qaynaqlarının payı 50%-i aşacaq.
Neft və təbii qaz istehsalı artacaq
Hesabata görə, 2040-cı ilə qədər qlobal neft istehsalı 10%, qlobal təbii qaz istehsalı 40% artacaq. Mövcud siyasətlərlə davam edilməsi halında Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) neft istehsalındakı payı 39% olacaq.
OPEC üzvü ölkələrin 2040-dakı istehsalı gündəlik 45,9 milyon barel, qlobal neft istehsalı isə 117,7 milyon barel təşkil edəcək.
Keçən il 3,9 trilyon kub metr təşkil etmiş təbii qaz istehsalı isə 2040-da 5,9 trilyon kub metrə çatacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
2 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)










.jpg)






