Pulunu Manatda saxlayanlar 13% itirdi
Azərbaycan Mərkəzi Bankı 2015-cı ilin 21 Dekabr tarixində Manatda 2-ci dəfə devalvasiya tətbiq edərək rəsmi olaraq 1 dolları 1.55 manata bərabər etmişdir. İki gün sonra manatın ikinci devalvasiyasından 1 il keçəcək.
2016-cı ildə Manatın məzənnəsi sabitləşmədi, milli valyuta dəyərdən düşməkdə davam etdi.
19.12.2016-cı il tarixinə USD/AZN rəsmi məzənnəsi 1,7525 manat səviyyəsində müəyyən olunmuşdur. Beləliklə, ötən bir ildə Manat dollar qarşısında daha 13% ucuzlaşıb. Bu nisbət Manat əmanətinə bankların təklif etdiyi faizə yaxındır. Ötən ilin sonunda və ya bu ilin əvvəlində banka 12%-lə əmanət yerləşdirmiş əmanətçilər faktiki olaraq qazanmayıblar, əksinə 1% itiriblər.Pulunu evda manatda saxlayanların zərəri isə daha böyükdür.
Pulunu dollarda saxlayanlar isə təbii ki, qazanıblar.
Elə buna görə dollarlaşma azalmır, banklara əhali tərəfindən 7 milyard 413,1 milyon əmanətlərin 81,1 faizi xarici, 18,9 faizi isə milli valyutada qoyulub.
Yaxın gələcəkdə Manatın daha da dəyərdən düşəcəyi proqnozlaşdırılır. Mərkəzi Bank tam “üzən məzənnə” sisteminə keçməyi hədəfləyir. Ekspertlər Manatın dollar qarşısında 2 manat 40 qəpiyədək ucuzlaşacağını gözləyirlər.
Manat əsl dəyərini tapmaq yolundadır. Bu dəyərin hansı səviyyədə olduğu tam dəqiq bilinmir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
3 saat əvvəl
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 7 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb























