Azercell şəbəkəsini gücləndirməyə davam edir
Azercell Telekom abunəçi sayına və təqdim etdiyi rabitə xidmətinin keyfiyyətinə görə Azərbaycan rabitə bazarında liderliyini davam etdirir.
Şirkət abunəçilərinin rahatlığı və öz yaxınları ilə hər zaman keyfiyyətli əlaqə qurması üçün baza stansiyalarının sayını artırmaqdadır.
Hal-hazırda ölkə ərazisində Azercell-in 2796 sayda 2G, 2141 sayda 3G və 274 sayda 4G baza stansiyası mövcuddur.
Bundan əlavə şirkət tərəfindən 1894 baza stansiyanın fəaliyyəti gücləndirilib.
Hər zaman abunəçilərini yüksək səviyyəli xidmətlə təmin etmək üçün öz şəbəkəsini təkmilləşdirən Azercell toplam 5211 baza stansiyası ilə fəaliyyət göstərir. Baza stansiyalarının sayının artırılması Azercell-in indi həm səs xidmətləri, həm də sürətlə artan mobil data üçün daha da güvənli və yüksək tutumlu şəbəkəyə sahib olması deməkdir. Son illər ərzində Azercell yalnız Bakı şəhəri boyu 3G şəbəkəsinin tutumunu 77%, ölkə üzrə isə ümumilikdə şəbəkəsini 25% gücləndirib.
Məlumat üçün qeyd edək ki, Azercell regionda və ölkədə ilk və ən böyük LTE (4G) şəbəkəsinə sahibdir. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin də apardığı araşdırmalara görə bu gün Azercell ölkədə ən yüksək sürətli mobil internet xidmətini təqdim edir. Bu gün üçün Azercell-in təqdim etdiyi mobil internetin 4G şəbəkəsini 84.1 % gücləndirib, nəticədə Azercell abunəçiləri arasında mobil internetdən istifadə həcmi son il ərzində 14 dəfə artıb.
Bir sıra innovativ konsepsiyaları ilk olaraq Azərbaycana gətirən Azercell ölkədə ilk dəfə olaraq GSM texnologiyası, GPRS/EDGE, həmçinin, 4G şəbəkəsini təqdim edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
17 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 17 saat əvvəl
- 17 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur







.jpg)





.jpg)






