“AYİB-in “Unibank”dakı payının azalmasında mənfi nə isə axtarmaq lazım deyil”
“Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB, EBRD) “Unibank”dakı payını 44,5%-dən 9%-ə endirməsində mənfi nə isə axtarmaq lazım deyil”.
Bunu jurnalistlərə açıqlamasında “Unibank”ın İdarə Heyətinin sədri Faiq Hüseynov deyib.
“EBRD institusional investordur. Adətən bu cür investorlar mandatlarına uyğun olaraq hər hansı müəssisədə müvəqqəti pay alırlar. Yəni, onlar hansısa şirkətə investisiya qoyurlar, onu inkişaf etdirirlər, 5-7 ildən sonra isə paylarını ya digər strateji investorlara, ya da mövcud səhmdarlar satırlar, ya da açıq bazara çıxarırlar.
EBRD 2002-ci ildən “Unibank”ın səhmdarıdır, yəni 17 ildir ki, bizimlədir, bir çox mərhələlərdən birlikdə keçmişik. Xüsusilə 2015-ci ildə maliyyə sektorunda yaranmış gərgin vəziyyətdə EBRD “Unibank”dakı payını artırdı, Banka dəstək verdi ki, həmin dövrdən problemsiz keçək.
Hazırda “Unibank”ın vəziyyəti sabitləşib, Ölkə prezidentinin “Fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı” fərmanından sonra Bankda likvidlik yaranıb, mənfəətlə işləyirik, kapitalımızı bərpa etmişik. EBRD də mandatına uyğun olaraq yavaş-yavaş “Unibank”dakı payını azaldır, amma hələ ki, səhmdarlarımız sırasında qalıb”, - deyə sədr qeyd edib.
Qeyd edək ki, Avropa Yenidənqurma və İnkişaf Bankının “Unibank”dakı payını azaltması "xarici investorların Azərbaycanın bank sektoruna marağının azaldığı" şəkilində şərh edilib.
Xəbər verdiyimiz kimi, Eldar Qəribov Avropa Yenidənqurma və İnkişaf Bankının “Unibank”dakı payının bir hissəsini alaraq Bankdakı payını kəskin artırıb Bağlanan alqı-satqı əqdi nəticəsində Eldar Qəribovun Bankın Nizamnamə kapitalında iştirak payı artaraq 41,9091%-dən 77,3839 %-ə qaldırılıb. Əqdin həcmi 16 392 273 ədəd adi adlı sənədsiz səsli səhmdən ibarət olmaqla, Bankın bütün səhmlərinin Nizamnamə kapitalına olan faiz nisbətinin 35,4748 %-ni təşkil edib.
Cənab Eldar Qəribov Bankın Nizamnamə kapitalındakı iştirak payınının əvvəlki səviyyəsini bərpa etməklə, onu bir az da artırıb. Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) iştirak payi isə 9% təşkil edib
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
4 saat əvvəl
Ən çox qazandıran Dubay və Əbu-Dabi layihələri - Ekspertlər Bakıya gəlir
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
8 saat əvvəl
Almaniya bankı: Bu il qızılın qiyməti 6 000 dollara yüksələ bilər
-
8 saat əvvəl
AKBA və Maliyyə Monitorinqi Xidməti arasında Anlaşma Memorandumu imzalanıb
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Nazir müavini işdən çıxarıldı
Azərbaycan və Türkiyə arasında yeni razılaşma
İnstagram, Facebook və WhatsApp-a abunəlik seçimi gəlir
Ən çox oxunanlar
İntensiv qar yağacağı gözlənilir - XƏBƏRDARLIQ
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Agentlik rəhbəri: Daha 30 min nəfərin kiçik bizneslərini qurmasına dəstək göstəriləcək
Aqrar Sığorta Fondu Şəmkir və Samuxda sığorta ödənişləri edib
“Azərlotereya” 2025-ci ildə 267 böyük uduş təqdim edib
Bakcell lotereyasında meqa uduşun qalibi bəlli oldu!
Azərbaycanda "Evini hissə-hissə al" satış modelinə start verildi
Azərbaycanda araq istehsalının həcmi 100 min dekalitrə çatdırılacaq


















