“AFB Bank” böyüyüb - MALİYYƏ GÖSTƏRİCİLƏRİNİ AÇIQLADI
“AFB Bank” ASC 2019-cu ilin yanvar-sentyabr dövrünü (9 ayını) 4 milyon 385 min manat xalis mənfəət ilə başa vurub.
“Marja” Bankın maliyyə hesabatlarına istinadən xəbər verir ki, 2019-cu ilin yanvar-sentyabr dövründə “AFB Bank”ın cəmi gəlirləri 29 milyon 146 min manat, cəmi xərcləri 16 milyon 475 min manat təşkil edib. Bankın gəlirləri xərclərini üstələdiyindən 12 milyon 671 min manat əməliyyat mənfəəti yaranıb. Əməliyyat mənfəətinin 8 milyon 286 min manatı mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyata ayrılıb və nəticədə bank 4 milyon 385 min manat xalis mənfəət əldə edib.
Müqayisə üçün qeyd edək ki, 2018-ci ilin yanvar-sentyabr dövründə “AFB Bank”ın cəmi gəlirləri 34 milyon 866 min manat, cəmi xərcləri 16 milyon 366 min manat və nəticədə əməliyyat mənfəəti 18 milyon 500 min manat təşkil etmişdi. Bank əməliyyat mənfətinin 11 milyon 38 min manatını ehtiyata ayırdığından həmin dövrü 7 milyon 461 min manat xalis mənfəət ilə bağlamışdı.
2018-ci ilin yanvar-sentyabr dövrü ilə müqayisədə 2019-cu ilin yanvar-sentyabr dövründə “AFB Bank”ın qeyri-faiz gəlirləri artıb, faiz xərcləri azalıb. Bankın aşağı xərclə daha böyük məbləğdə əməliyyat mənfəəti əldə etməsi diqqəti cəlb edir.
BANK BÖYÜYÜB, MÜŞTƏRİLƏRƏ VERİLƏN KREDİTLƏR ARTIB
2018-ci ilin sonu ilə müqayisədə “AFB Bank”ın cəmi aktivləri 165 milyon 743 min manat artaraq 30 Sentyabr 2019-cu il tarixində 583 milyon 273 min manata, müştərilərə verilən kreditlər isə 90 milyon 312 min manat artaraq 284 milyon 617 min manata çatıb.
Ötən ilin sonu ilə müqayisədə “AFB Bank”da depozitlər 180 milyon 745 min manat artaraq 382 milyon 656 min manata yüksəlib.
30 Sentyabr 2019-cu il tarixində “AFB Bank” 78 milyon 444 min manat cəmi balans kapitalına malik olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
2 saat əvvəl
Ən çox qazandıran Dubay və Əbu-Dabi layihələri - Ekspertlər Bakıya gəlir
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
6 saat əvvəl
Almaniya bankı: Bu il qızılın qiyməti 6 000 dollara yüksələ bilər
-
6 saat əvvəl
AKBA və Maliyyə Monitorinqi Xidməti arasında Anlaşma Memorandumu imzalanıb
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Nazir müavini işdən çıxarıldı
Azərbaycan və Türkiyə arasında yeni razılaşma
İnstagram, Facebook və WhatsApp-a abunəlik seçimi gəlir
Ən çox oxunanlar
İntensiv qar yağacağı gözlənilir - XƏBƏRDARLIQ
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Agentlik rəhbəri: Daha 30 min nəfərin kiçik bizneslərini qurmasına dəstək göstəriləcək
Aqrar Sığorta Fondu Şəmkir və Samuxda sığorta ödənişləri edib
“Azərlotereya” 2025-ci ildə 267 böyük uduş təqdim edib
Bakcell lotereyasında meqa uduşun qalibi bəlli oldu!
Azərbaycanda "Evini hissə-hissə al" satış modelinə start verildi
Azərbaycanda araq istehsalının həcmi 100 min dekalitrə çatdırılacaq



















