Rusiya bankının Azərbaycandakı törəməsinin gəlirləri xərclərini ödəmir
“Bank VTB Azərbaycan” ASC 2019-cu ilin 9 ayını 6 milyon 363 min manat xalis mənfəət ilə başa vurub. Bankın xalis mənfəəti mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatdan qayıdan vəsaitdən qaynaqlanır. Hələ də “Bank VTB Azərbaycan”nın gəlirləri xərclərini ödəmir.Lakin Banl gəlirlərini artıraraq əməliyyat zərərini 5 dəfəyə yaxın azaltmağı bacarıb.
“Marja” Bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, cari ilin 9 ayında “Bank VTB Azərbaycan”ın cəmi gəlirləri 9 milyon 507 min manat, cəmi xərcləri 13 milyon 758 min manat təşkil edib. Xərclər gəlirləri üstələdiyindən 4 milyon 251 min manat əməliyyat zərəri yaranıb. Lakin mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatların 11 milyon 756 milyon manat azad olması hesabına Bank əməliyyat zərərini bağlayıb.
Müqayisə üçün qeyd edək ki, “Bank VTB Azərbaycan” ASC 19 milyon 708 min manat əməliyyat zərərinə və 231 milyon 139 min manat ehtiyata ayırmaya görə 2018-ci ilin 9 ayını 250 milyon 847 min manat xalis zərər ilə bağlamışdır.
Müsbət trend Bankın faiz gəlirinin artması və qeyri-faiz gəliri əldə etməsidir. Bu səbəbdən əməliyyat zərəri 4,6 dəfə azalaraq 19 milyon 708 min manatdan 4 milyon 251 min manata düşüb.
2018-ci ilin 9 ayında 5 milyon 931 min manat təşkil etmiş faiz gəlirləri cari ilin 9 ayında 6 milyon 217 min manata yüksəlib. Ötən ilin 9 ayında qeyri-faiz gəlirləri üzrə 5 milyon 512 min manat zərər etmiş “Bank VTB Azərbaycan” bu ilin 9 ayında 3 milyon 290 min manat gəlir əldə edib.
30 Sentyabr 2019-cu il tarixində “Bank VTB Azərbaycan”151 milyon 220 min manat cəmi aktivlərə malik olub, aktivlərin 50 milyon 680 min manatını xalis kreditlər təşkil edib. Ötən ilin sonunda Bankın cəmin aktivləri 135 milyon 307 min manat, o cümlədən müştərilərə verilmiş kreditlər 49 milyon 402 min manat təşkil etmişdi.
30 Sentyabr 2019-cu il tarixində “Bank VTB Azərbaycan” 59 milyon 726 min manat məcmu kapitala malik olub.
Bank VTB (Azərbaycan) ASC-nin səhmdarları:
-Bank VTB (Rusya) – 99,9999 %
- Fiziki şəxs – 0,0001%.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
2 saat əvvəl
Ən çox qazandıran Dubay və Əbu-Dabi layihələri - Ekspertlər Bakıya gəlir
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
6 saat əvvəl
Almaniya bankı: Bu il qızılın qiyməti 6 000 dollara yüksələ bilər
-
6 saat əvvəl
AKBA və Maliyyə Monitorinqi Xidməti arasında Anlaşma Memorandumu imzalanıb
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Nazir müavini işdən çıxarıldı
Azərbaycan və Türkiyə arasında yeni razılaşma
İnstagram, Facebook və WhatsApp-a abunəlik seçimi gəlir
Ən çox oxunanlar
İntensiv qar yağacağı gözlənilir - XƏBƏRDARLIQ
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Agentlik rəhbəri: Daha 30 min nəfərin kiçik bizneslərini qurmasına dəstək göstəriləcək
Aqrar Sığorta Fondu Şəmkir və Samuxda sığorta ödənişləri edib
“Azərlotereya” 2025-ci ildə 267 böyük uduş təqdim edib
Bakcell lotereyasında meqa uduşun qalibi bəlli oldu!
Azərbaycanda "Evini hissə-hissə al" satış modelinə start verildi
Azərbaycanda araq istehsalının həcmi 100 min dekalitrə çatdırılacaq















