Kiçik biznesə 14%-dən kredit təklifi
Biznes-ideyaların reallaşması üçün Bank VTB (Azərbaycan) kiçik biznesə “Sərmayə” kreditini təklif edir.
Bankın yaydığı məlumatda bildirilir ki, bu kredit məhsulu həm şirkət, həm fərdi sahibkarlara verilir. Kiçik sahibkarlıq nümayəndələri sərfəli şərtlərlə 500 000 manatadək (və ya rubl ekvivalentində) kredit əldə edə bilər. Kreditin faiz dərəcəsi 14%-dən başlayır:
“Kredit 4 il müddətinədək verilir – belə bir müddət planlaşdırılan biznes layihəsinin reallaşdırılması üçün kifayətdir. Bundan başqa, əsas borcun ödənilməsi üçün 6 ayadək güzəşt müddəti mümkündür. Kredit həm annuitet (yəni aylıq) şəkildə, həm fərdi cədvələ əsasən ödənilə bilər.
“Sərmayə” krediti əmlakın alınması, o cümlədən nəqliyyat, xüsusi texnika, avadanlıq, daşınmaz əmlak, əsas vəsaitin təmiri və yenidən qurulması, tikintisi, yeni fəaliyyət növünün inkişafı və biznesin genişləndirilməsi, örtüksüz sənədli əməliyyatlar üzrə hesablaşmaları, digər banklardakı borcların yenidən maliyyələşməsi üçün istifadə oluna bilər”,- Bankın məlumatında deyilir.
Müştərilərin xəbərləri
Ziraat Bank Azərbaycan premium üstünlüklərlə dolu yeni "Bankkart Prestij" kredit kartını təqdim edir!
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
- 1 saat əvvəl
-
3 saat əvvəl
Almaniya bankı: Bu il qızılın qiyməti 6 000 dollara yüksələ bilər
-
3 saat əvvəl
AKBA və Maliyyə Monitorinqi Xidməti arasında Anlaşma Memorandumu imzalanıb
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Agentlik rəhbəri: Daha 30 min nəfərin kiçik bizneslərini qurmasına dəstək göstəriləcək
-
4 saat əvvəl
Aqrar Sığorta Fondu Şəmkir və Samuxda sığorta ödənişləri edib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Nazir müavini işdən çıxarıldı
Azərbaycan və Türkiyə arasında yeni razılaşma
İntensiv qar yağacağı gözlənilir - XƏBƏRDARLIQ
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Agentlik rəhbəri: Daha 30 min nəfərin kiçik bizneslərini qurmasına dəstək göstəriləcək
Aqrar Sığorta Fondu Şəmkir və Samuxda sığorta ödənişləri edib
“Azərlotereya” 2025-ci ildə 267 böyük uduş təqdim edib
Bakcell lotereyasında meqa uduşun qalibi bəlli oldu!
Azərbaycanda "Evini hissə-hissə al" satış modelinə start verildi
Azərbaycanda araq istehsalının həcmi 100 min dekalitrə çatdırılacaq


















