Azərbaycanın investisiya şirkəti direktor müavini axtarır
"AzFinance İnvestisiya şirkəti" QSC Direktor müavini vakansiyasını elan edib.
“Marja” şirkətin elanına istinadən xəbər verir ki, işə qəbul ediləcək Direktor müavini Biznesin İnkişafına cavabdeh olacaq.
Şirkət əməkhaqqını açıqlamayıb.
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
- Maliyyə sahəsində ali təhsil;
- CFA Sertifikatına malik olmaq (minimum CFA 1);
- Kapital bazarlarında minimum 5-6 il iş təcrübəsinə malik olmaq (minimum 3 ili rəhbər vəzifə olmaqla);
- Xarici bazarlarda iş təcrübəsi arzuolunandır;
- İdarəetmə bacarığı və təcrübəsinə malik olmaq, komanda yaratmaq və onları idarə edə bilmək bacarığı, əvvəlki təcrübəsində tabeçiliyində ən azı 6 nəfərin çalışmış olması;
- Yüksək ünsiyyət münasibətlərinin düzgün idarəedilməsi (relationship management) bacarığına malik olmaq;
- Satış texnikalarını dərindən bilmək, yerli investorları qiymətləndirə bilmək və onlarla hər iki tərəfə faydalı münasibət yaratmaq;
- Mövcud məhsulları, onların əsas xüsusiyyətlərini, müxtəlif investisiya siyasətləri üzrə ən yaxşı gəlir vermək imkanlarını dərindən bilmək və bunu təqdim edə bilmək bacarığı;
- Marketinq və PR sahəsində fəaliyyət, alətlər, onların təsir imkanları barədə təcrübəyə sahib olmaq;
- Səhm bazarı, xarici bazarlar, birjaların və indekslərin işləmə mexanizmlərini ilə əlaqədar biliyə sahib olmaq;
- Analitik düşüncə qabiliyyəti, analitik vasitələrdən istifadə bacarığı, kapital bazarlarında analitikanın tətbiqi təcrübəsi, yerli bazarın xüsusiyyətlərini nəzərə alan və uğurla nəticələnmiş analitik təcrübə.
- Yüksək səviyyədə yazılı və şihahi azərbaycan və ingilis dili bilikləri (rus dili arzuolunandır);
İŞİN TƏSVİRİ:
- Daxili və xarici bazarlara emitent və investor qismində müştəri cəlb etmək;
- Müştəri DP və CD hesabları üzrə çıxarışların hazırlanması və təqdim edilməsi prosesində investisiya müqaviləsinə əsasən müştərinin adından hazırlanmış ərizənin imzaya təqdim edilməsi haqda məlumatın əldə olunması, ərizənin və çıxarışın imzalanması;
- Gələcək emitentin təhlili və qiymətləndirilməsi prosesində aparılmış təhlilin rəhbərliyə təqdim olunması;
- Kütləvi yerləşdirmə üsulu ilə emissiya, (səhm açıq və qapalı emissiya) prosesində şirkətlə işləmək qərarının verilməsi, emissiya şərtlərinin təsdiq edilməsi, əlavə razılaşma və tariflər üzrə əlavə razılaşmanın hazırlanması və müştəriyə təqdim olunması;
- Satış/ Diler əməliyyatlarının aparılması prosesində satış qərarının verilməsində iştirak etmək;
- Bir siyasət daxilində əməliyyatların aparılması və uçotu (daxili və xarici bazar) zamanı yenilənmənin/ qurulmanın təsdiq olunması;
- Şirkətin daxilində analitikanın inkişaf etdirilməsi, müştərilərə satılacaq analikit məhsulların hazırlanması;
- İnvestisiya Məsləhəti xidmətinin qurulması və müştərilərə təqdim edilərək xidmətin satışının həyata keçirilməsi;
- Daxili bazarda şirkətin fəaliyyət istiqamətlərinin müəyyən edilməsi və müştəri portfelinin idarə edilməsi, struktura daxil olan Satış, PR marketinq və Analitika departamentlərin idarəedilməsi;
- Yeni məhsulların yaradılması, emitentlərin cəlb edilməsi.
- Şirkətin satış, PR və Marketinq siyasətinin qurulması və idarə edilməsi.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Biznesin inkişafı üzrə direktor müavini” qeydi edərək [email protected] elektron ünvanına göndərmələri xahiş olunur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 5 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
6 d. əvvəl
AzInTelecom “AI GITEX Kenya 2026” texnologiya sərgisində təmsil olunub
- 9 d. əvvəl
-
1 saat əvvəl
180 manata bilet - Bakı–Tbilisi–Bakı marşrutunda siniflər üzrə gediş haqqı açıqlandı
-
1 saat əvvəl
CityNet Best Managed Companies Azerbaijan 2026 mükafatına layiq görülüb
-
2 saat əvvəl
“Bir Kredit BOKT” 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
- 2 saat əvvəl
-
2 saat əvvəl
Goldman Sachs: Qlobal neft ehtiyatları rekord sürətlə azalır
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 23 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
180 manata bilet - Bakı–Tbilisi–Bakı marşrutunda siniflər üzrə gediş haqqı açıqlandı
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Goldman Sachs: Qlobal neft ehtiyatları rekord sürətlə azalır
Ən çox oxunanlar
Nvidia gəlirini 85 faiz, xalis mənfəətini 211 faiz artırıb
Mayın 22-də gözlənilən hava şəraiti - BAKIDA İNTENSİV YAĞIŞ YAĞACAQ
İrşadda böyük “Yaşıl Cümə” fürsəti başladı!
İrana və Gürcüstana gedən Azərbaycan vətəndaşlarının sayı azalıb - 31,4 faiz və 7,1 faiz azalma
Azərbaycana turist axını 10%-dən çox, körfəz ölkələrindən gələnlərin sayı 28 faiz azalıb
Kapital Bank dünyaca məşhur “Federated Hermes Limited” şirkəti ilə əməkdaşlığa başladı
ABB səhmdarlarına dividend ödənişi başa çatdı







.jpg)












