"AccessBank"ın sədrinə yeni vəzifə verildi
"AccessBank"ın İdarə Heyətinin sədri Anar Həsənov Alman-Azərbaycan Xarici Ticarət Palatasının ("AHK Azərbaycan") rəhbərliyinə seçilib.
Bankdan "Marja"ya daxil olmuş məlumatda bildirilir ki, "AHK Azərbaycan"ın İdarə Heyətinin (İH) 14 oktyabr 2019-cu il tarixli qərarına əsasən cənab Həsənov İH üzvü vəsifəsinə təyinat alıb. O, bu vəzifədə "Bakcell" MMC-nin keçmiş baş icraçı direktoru Nikolai Beckers-i əvəz edib.
Anar Həsənov "AHK Azərbaycan" rəhbərliyinə və bütün üzvlərinə göstərilən etimada görə təşəkkür edib:
"Sirr deyil ki, "AHK Azərbaycan" ölkə iqtisadiyyatının inkişafına töhfə verən şirkətlərdən ibarət unikal bir platformadır. Palata dövlət - özəl sektor dialoqunun daha da inkişaf etdirilməsi istiqamətində mühüm işlər görür. Sözsüz ki, mənə göstərilən etimadı doğrultmaq üçün əlimdən gələni edəcəyəm. Azərbaycanda sahibkarlar üçün yaradılan əlverişli biznes mühitini Avropadan, o cümlədən Almaniyadan olan potensial investorlara çatdırmaq üçün çalışacam. Nəzərə alsaq ki, "AHK Azərbaycan" rəhbərliyi və üzvləri kifayət şəffaf və dialoqa açıq tərəfdaşlardan ibarətdir, biz qarşıya qoyulan hədəflərə asanlıqla çata biləcəyik".
Qeyd edək ki, Anar Həsənov mikro, kiçik və orta sahibkarlığın, korporativ və pərakəndə biznesin inkişafı üzrə 17 illik iş təcrübəsinə malikdir. Təcrübəli bankir 2018-ci ilin iyun ayından "AccessBank"ın İdarə Heyətinin sədri və baş meneceri vəzifəsində çalışır. Onu da qeyd edək ki, cənab Həsənov təsis olunduğu gündən etibarən "AccessBank"ın inkişafına öz töhfəsini verib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 17 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
- 18 saat əvvəl
- 18 saat əvvəl
-
18 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 18 saat əvvəl
- 18 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur












.jpg)








