“Şərab alkoqollu içki deyil, qida məhsulu hesab edilməlidir” – PROFESSORDAN TƏKLİF
"Azərbaycanda üzümçülüyün inkişafı üçün şərablardan aksiz vergisinin götürülməsini zəruri hesab edirəm. Mövcud sahənin daha da inkişafı məqsədilə təbii şərabın alkoqollu içkilər sırasından çıxarılaraq bir ərzaq məhsulu hesab edilməsi də faydalı olardı. Fikrimcə, belə halda şərab məhsullarının reklamı ilə bağlı problem də həllini tapar".
“Marja” xəbər verir ki, bunları "Az-Granata" MMC-nin direktor müavini, proferssor Vüqar Mikayılov bildirib.
O, Azərbaycanda şərabın alkoqollu içki deyil, qida məhsulu hesab edilməsi təklifini belə əsaslandırır:
"Bu barədə bir qədər ətraflı danışmaq istərdim. Belə ki, üzümün tərkibindəki maddələrin sayı əgər 400-ə çatırsa, fermentasiyadan sonra həmin rəqəm 800-ə qədər artır. Bu isə şərabın müalicəvi göstəricilərinin sayının çoxalması deməkdir.
ABŞ-ın İndiana ştatının UestLafayett şəhərində yerləşən Perdyu Universitetinin professoru Ki Xun Kim göstərib ki, qırmızı şərab piy hüceyrələrini parçalayır. Başqa sözlə, alim qırmızı şərabda “pikeatannol” maddəsini tapıb ki, bu da insan orqanizmində yeni piy hüceyrələrinin əmələ gəlməsinin qarşısını alır.
Roma əsilzadələrinin müalicəsi ilə məşğul olan və imperator Markus Avreliusun saray həkimi kimi tanınan Klavdi Qalen şərabı qida məhsulu kimi təyin edərək, onun bioenergetik təsirini vurğulayıb, eyni zamanda, şərabı xassələrinə görə diferensiallaşdırıb.
Üzüm şərabından və şərabdan müalicə məqsədilə istifadə elmdə enoterapeya adlanır. Həqiqətən, şərabın müalicəvi əhəmiyyəti çoxdan insanlara məlumdur. Belə ki, qədim Yunanıstanda şərabdan antiseptik maddə kimi istifadə olunub. O zaman yaralılara şərab verib, yaraların üzərinə şərabla isladılan parça qoyublar. Qərbi Avropada şərabla müalicə orta əsrlərdən əvvəl yayılmağa başlayıb...
Şərab kimyəvi tərkibinə və pəhriz xüsusiyyətlərinə görə də insan fiziologiyasına çox yaxındır. O, insan orqanizminə müsbət bioeneji və möhkəmləndirici təsir göstərir ki, nəticədə insan qocaldıqda onun həyat gücü, bədənin tonusu artır, gümrahlıq yaranır. Əbəs yerə şərabı “qocaların südü” adlandırmayıblar. Eyni zamanda, şərab orqanizmi faydalı mikroelementlərlə, vitamin və amin turşuları ilə zənginləşdirir, ateresklerozun yaranmasına və inkişafına mane olur. Təmiz şərabın tərkibindəki trioksistilben maddəsi hüceyrələrin qocalma prosesini ləngidir və onkoloji xəstəliklərin yaranmasının qarşısını alır.
Şərab, eyni zamanda, antibakterial xüsusiyyətlərə də malikdir. İnsanlar arasında epidemiya tüğyan edən vaxtı şərabçılıq rayonlarında mütəmadi olaraq bu məhsulu qəbul edənlər adıçəkilən xəstəliyə az tutulublar. Tədqiqatlar da göstərir ki, şərab malyariya, xolera, vərəm bakteriyalarını öldürür. İkiqat su ilə qarışdırılan şərab da, təxminən, eyni səmərəni verir. Ona görə də epidemiya vaxtı həkimlər su əvəzinə, yarıbayarı su ilə qarışdırılan süfrə şərabı içməyi məsləhət görüblər.
Eyni zamanda, ağ süfrə şərabı susuzluğu çox gözəl yatırır.
Təmiz şərab qrip, bronxit, ağciyərlərin iltihabı kimi soyuqlama və xroniki xəstəliklərin müalicəsində də çox faydalıdır. Mədə-bağırsaq traktının pozulmasında və xəstəliklərində tərkibində dubil maddələr olan qırmızı şərabın faydası böyükdür. Ümumiyyətlə, şərabın müalicəvi xüsusiyyətləri haqqında çox danışmaq olar. Bax, şərabı bir qida məhsulu kimi qəbul etməyimin səbəbi də məhz elə bununla bağlıdır”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 gün sonra
-
24 d. əvvəl
Qadın sahibkarlar üçün “Hər işdə birinci qadınlar” yarmarkası keçiriləcək
-
-
28 d. əvvəl
2026-da sənaye zonalarında 16 yeni müəssisə fəaliyyətə başlayacaq, 2-sinin təməli qoyulacaq
-
45 d. əvvəl
“Coca-Cola CCI” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsini elan edir
- 1 saat əvvəl
-
2 saat əvvəl
Dubay və Əbu-Dabidə ev almaq üçün 72 saatlıq fürsət – Ramazan endirimləri olacaq
-
2 saat əvvəl
Dövlət qurumlarının bank əməliyyatlarına nəzarət gücləndirilir
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Azərbaycan neftinin son qiyməti
Dövlət qurumlarının bank əməliyyatlarına nəzarət gücləndirilir
Apple istehsalının bir hissəsini ABŞ-yə köçürür
Ən çox oxunanlar
"Son illər kartofçuluqda xərclər 2 dəfəyə yaxın artıb"
Rəsmi məzənnələr açıqlandı
Azərbaycanda armatur istehsalı 15 faizə yaxın azalıb
Volvo 40 mindən çox EX30 elektromobilini geri çağıracaq - batareyaları həddindən artıq qızır
Xalq artisti karton-kağız biznesinə daxil olub
Azercell “Böhran İdarəetmə Qrupu” çərçivəsində dayanıqlı rabitə modelini gücləndirir
"AzRe Təkrarsığorta"nın xalis mənfəəti 8 faizə yaxın azalıb
Finlandiya şirkəti Avropada ilk kvant hesablama şirkətlərindən biri kimi birjaya çıxmağı planlaşdırır























