Palata Sentyabrda 7000-ə yaxın suala cavab verib
Maliyyə Bazarlarına Nəzarət Palatasının ictimaiyyətlə kommunikasiya sahəsində sentyabr ayı ərzində gördüyü işlər açıqlanıb.
Qeyd edilib ki, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) tərəfindən səmərəli, effektiv və şəffaf kommunikasiyanın qurulması, Palatanın fəaliyyətinə dair məlumatların ictimaiyyətə ötürülməsi işinin təkmilləşdirilməsi istiqamətində davamlı işlər həyata keçirilir, müvafiq fəaliyyətin, keçirilmiş tədbirlərin kütləvi informasiya vasitələrində işıqlandırılması üçün press-relizlər təqdim olunur, maliyyə bazarlarını təmsil edən bank, sığorta və kapital bazarları üzrə hesabatlar açıqlanır, habelə media nümayəndələrindən müxtəlif kommunikasiya vasitələri ilə daxil olmuş müraciətlər, sorğular cavablandırılır.
"Cari ilin sentyabr ayı ərzində ictimaiyyətə MBNP-nin öhdəliyindən irəli gələn məsələlərin icra statusu, təmsil olunduğu müxtəlif yerli və beynəlxalq tədbirləri, hesabatları və digər yenilikləri özündə əks etdirən 18 press-reliz açıqlanıb.
İctimaiyyətlə operativ kommunikasiyanın təmin edilməsi məqsədilə Palatada bir neçə müraciət kanalı fəaliyyət göstərir. Bu müraciət kanallarına www.fimsa.az rəsmi internet səhifəmizdə aktiv olan “Bizə yazın” pəncərəsi, daimi olaraq müraciətlərin qəbulu və qeydiyyatı üçün yaradılan [email protected] elektron poçt ünvanı, müraciətlərin əyani qaydada təqdim olunması üçün Palatanın inzibati binasında yerləşdirilmiş müraciət qutusu, 966 Çağrı Mərkəzi, o cümlədən sosial şəbəkələrimiz aiddir. Qeyd edək ki, sentyabr ayı ərzində Palataya Çağrı Mərkəzi vasitəsi ilə 2500-ə qədər, elektron və kağız daşıyıcılarında 4000, sosial şəbəkələr üzərindən 260-dan çox sual daxil olub. İnformasiya agentlikləri, xəbər portalları, televiziya, radio və digər media kanalları vasitəsilə rəsmi və işçi qaydada daxil olmuş 50-dən çox sorğu operativ şəkildə cavablandırılıb.
Palata fəaliyyəti barədə məlumatların daha böyük miqyasda və daha geniş auditoriyaya çatdırılması məqsədilə Facebook, Youtube, Twitter, Linkedin kimi sosial media kanallarında aktiv təmsil olunur, rəsmi internet səhifə vasitəsilə ictimaiyyətə açıqlanan və Palatanın fəaliyyəti ilə bağlı digər zəruri məlumatlar, mövcud olan vakansiyalar sosial şəbəkələrdə yerləşdirilir, bu kanallar vasitəsilə müraciətlərin operativ şəkildə cavablandırılması təmin edilir. Qeyd edək ki, sentyabr ayı ərzində Palatanın Instagram səhifəsi də hazırlanaraq ictimaiyyətə təqdim olunub.
Bildiririk ki, sentyabr ayı ərzində sosial şəbəkələrdə ümumilikdə görülən işləri özündə əks etdirən 100-dən çox status və tvit paylaşılıb, Palata ilə bağlı süjetlərin, müxtəlif proqram və verilişlərin, eləcə də maarifləndirici çarxların, animasiya filmlərinin paylaşıldığı Youtube kanalında 30-a yaxın video yerləşdirilib.
Bunlarla yanaşı kütləvi informasiya vasitələri və ictimaiyyətlə əlaqələrin və kommunikasiyanın daha səmərəli və effektiv olmasını təmin etmək üçün Palata tərəfindən müvafiq tədbirlər də təşkil olunur",- Palatanın məlumatda deyilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur







.jpg)






.jpg)








