“Modus.K” şirkəti 3 DOST Mərkəzinin layihələndirilməsi işlərini həyata keçirəcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Bakıda 3 DOST Mərkəzinin layihələndirilməsi işlərinə "Modus.K" MMC-ni cəlb edib.
"Marja" xəbər verir ki, nazirlik “Modus.K” MMC ilə sözügedən işlərin yerinə yetirilməsi haqqında ümumi məbləği 495,6 min manat olan 3 müqavilə bağlayıb.
Birinci tender çərçivəsində Binəqədi rayonunda DOST Mərkəzinin “DOST” Agentliyinin konseptinə uyğun olaraq layihələndirilməsi işləri həyata keçiriləcək. Müqavilənin məbləği 224,2 min manatdır.
İkinci müqavilə çərçivəsində “Modus.K” Xəzər rayonunda DOST Mərkəzinin layihələndirilməsini öhdəsinə götürür. Müqavilənin məbləği 118 min manatdır.
“Modus.K”, həmçinin Nizami rayonunda yaradılacaq DOST Mərkəzini də layihələndirəcək. Müqavilənin məbləği153,4 min manatdır.
Hazırda Bakının Yasamal rayonunda bir DOST Mərkəzi fəaliyyət göstərir.
2019-2025-ci illərdə ölkədə 31 DOST mərkəzi yaradılacaq. Onlardan 5-i Bakı, 2-si Sumqayıt, 2-si Gəncə şəhərlərində, qalanları respublikanın digər regionlarında açılacaq.
DOST mərkəzlərində vətəndaşlara 126 adda sosial xidmət göstəriləcək, bunların 91-i elektron formada olacaq. Hazırda DOST mərkəzində 20-dən artıq elektron xidmət göstərilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 10 saat əvvəl
- 11 saat əvvəl
-
- 11 saat əvvəl
-
11 saat əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
14 saat əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
1 gün əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
1 gün əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
