Nazirlik bir şirkətdən 10 milyon manatlıq mənzillər aldı
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün yeni mənzillər alıb. Mənzillər 5 şirkət və 2 fiziki şəxsdən alınıb.
"Marja" Satınalma portalına istinadən xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə "Göy Qurşağı-Məmmədli" MTK, "Unistone" MMC, "Saray-H" MTK, "Bakı Mexanikləşdirmə-1" ASC, "Evro İnşaat" MTK, fiziki şəxs Natiq Allahverdi oğlu Əliyev və fiziki şəxs Asif Akif oğlu Əsədzadə arasında müvafiq satınalma müqavilələri bağlanıb.
Nazirlik "UNİSTONE" MMC-yə 955 min 260 manat, "Bakı Mexanikləşdirmə-1" ASC-yə 10 milyon 583 min manat, "EVRO İnşaat" MTK-ya 1 milyon 223 min manat, Fiziki şəxs Əliyev Natiq Allahverdi oğluna 936 min 675 manat, Fiziki şəxs Əsədzadə Akif Asif oğluna 936 min 456 manat ödəyəcək.
"Göy Qurşağı-Məmmədli" MTK və "Saray-H" MTK ilə bağlanılmış müqavilələrin məbləğləri açıqlanmayıb.
“Bakı Mexanikləşdirmə-1” ASC Bakının Xətai və Nərimanov rayonları ərazisində yaşayış binaları tikir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 6 gün sonra
-
3 saat əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
-
- 3 saat əvvəl
-
3 saat əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
İkiqat qitə çempionları sponsor və azarkeşləri ilə görüşüblər - FOTOLAR
-
6 saat əvvəl
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Bakı Limanında quru yük aşırılması 77% artıb
Ən çox oxunanlar
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
"70 faizədək kompensasiya yerli istehsalçıların xarici bazarlarda rəqabətli qiymətlərlə çıxış etməsinə imkan verəcək"
AzVak-da yeni iş elanları - SİYAHI






















