Hesab.az sistemləri təkmilləşdirməyin "meyvələrini" yığır - 40 FAİZƏDƏK ARTIM

® Hesab.az-ın sistemlərinin təkmilləşdirilməsi 2019-cu ilin maliyyə nəticələrinə müsbət əks olunur
Azərbaycanda ən böyük onlayn ödəmələr şirkəti GoldenPay 2007-ci ilin iyul ayında yaradılıb. Şirkət, texniki işlərin yekunlaşmasından, “Visa” və “MasterCard” beynəlxalq ödəniş sistemlərindən müvafiq sertifikatların alınmasından sonra 2008-ci ilin dekabr ayında fəaliyyətə başlayıb.
2011-ci ilin aprel ayında "GoldenPay" şirkəti Hesab.az - Azərbaycanın ən böyük onlayn xidmətlər platformasını yaradıb.
Şirkətin yaydığı məlumatda bildirilir ki, yarandığı gündən etibarən həm maliyyə baxımından, həm xidmətlər və istifadəçi sayı olaraq da müsbət bir artım tempi izləmişdir:
"2017-ci ildə qeydiyyatlı 297 min istifadəçi sayı artıq 2018-ci ildə 400 minə kimi yüksəlmişdir. Hazırda isə qeydiyyatlı 470 minlik yetərincə böyük istifadəçi kütləsi ilə dayanmadan böyüyən bir sistemə çevrilmişdir.
Hesab.az komandası 2018-ci ilin Avqust ayında böyük layihəyə imza ataraq həm veb sayt, həm də mobil tətbiqini yenilədi və sistemlərini təkmilləşdirdi. Burada əsas məqsəd istifadəçilərə yenilənmiş və daha yaxşı interfeys ilə xidmət göstərməklə yanaşı fərqli kampaniyalar təqdim edib, öncəki dövrlərdən fərqli olaraq daha yüksək endirim və hədiyyələr ilə təmin etməkdir. Bu baxımdan deyə bilərik ki, görülən işlər bu gün gözləniləndən də artıq nəticə vermiş və verməyə də davam edir. Yeni Hesab.az-ın təqdim olunmasından bu günə kimi istifadəçi sayı təxmini 40%-ə yaxın artmış, ümumi dövriyyə 2018-ci ildən etibarən 32%, xalis gəlirlər isə 30% artmışdır.
Bununla birlikdə 2018-ci ildə Hesab.az saytının yenilənməsi, sistemlərinin təkmilləşdirilməsi səbəbiylə yeni xərclər də yarandı. Köhnə sistemlərin yenilər ilə əvəzlənməsi səbəbiylə 174 751 AZN-lik aktivlərin xərclərə silinməsi, marketinq və məhsul xərcləri öncəki illər ilə müqayisədə 300% artması onlardan bir neçəsi sayılır.
Bu zaman Hesab.az komandası bu xərcləri nəzərə alaraq, uzun müddətlik həm maliyyə baxımından, həm də müştəri məmnuniyyətini hədəfləmişdir və bunun nəticələrini Hesab.az 2019-cu il Sentyabr ayında müsbət, böyük fərqlə açıq şəkildə görür.
Buradakı məqsəd həm yenilənmiş sayt və mobil tətbiqin funksional baxımdan təkmilləşdirilməsi, marketinq və məhsullarını inkişaf etdirilərək daha çox istifadəçi kütləsini yenilənmiş Hesab.az ilə tanış etmək idi.
Ciddi şəkildə marketinq və məhsulların inkişafı üçün maliyyə vəsaitlərinin sərf olunması heçdə ümumi gəlirlərin azalmasına səbəb olmadı. Əksinə həm istifadəçi sayında, həmdə ümumi gəlirlərdə və dövriyyədə artım görülən işlərin düzgün planlanmasından xəbər verir. Hazırda artan trend ilə Hesab.az bazarda liderdir və bu özünü gələcək proqnozlara əsasən daha aydın biruzə verəcək".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az - 9 saat əvvəl
-
9 saat əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
12 saat əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 22 saat əvvəl
-
1 gün əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
1 gün əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
1 gün əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
