Ən çox turist qəbul edən şəhərlər açıqlanıb
Mərkəzi ofisi ABŞ-da yerləşən maliyyə şirkəti "Mastercard", 2018 məlumatlarına əsaslanaraq dünya miqyasında "ən çox turist qəbul edən şəhərlər 2019" indeksini dərc edib.
"Marja" xəbər verir ki, keçən il təxminən 23 milyon nəfər turisti qəbul edən edən Banqkok 200 şəhərin yer aldığı siyahıda ilk yeri tutub. İstanbul və Antalya ilk 10-a daxil olib.
Banqkokun ardınca, 19,1 milyon turistlə Paris, 19,09 milyonla London, 15,9 milyonla Dubay, 14,6 milyonla Sinqapur, 13,7 milyonla Kuala Lumpur, 13,6 milyonla Nyu York, 13,4 milyonla İstanbul, 12,9 milyonla Tokio və 12,4 milyonla Antalya gəlir.
Siyahı Dünya Səyahət və Turizm Şurasının və Beynəlxalq Hava Nəqliyyatı İttifaqı kimi mənbələrdən alınan məlumat əsasında hazırlanıb.
Turistlərin xərcləmələri baxımından birinci yeri Dubay tutub. Dubayda xarici turistlər 2018-ci ildə 30,82 milyard dollar xərcləyiblər.
Növbəti yerlərdə 20,09 milyard dollarla Məkkə, 20,03 milyard dollarla Banqkok, 16,56 milyard dollarla Sinqapur, 16,47 milyard dollarla London, 16,43 milyard dollarla Nyu York, 14,06 milyard dollarla Paris, 13,77 milyard dollarla Tokio, 12,69 milyard dollarla Palma de Mallorca və 12,01 milyard dollarla Puket gəlir.
İstanbul 8,26 milyard dollarla 15-inci, Antalya 7,65 milyard dollarla 20-inci yeri tutub.
İndeksdə 2009-dan bu yana turistlərin sayının dünya miqyasında 76 faiz artdığı, Asiya Sakit Okean şəhərlərinin ən çox artımın görüldüyü bölgə olduğu qeyd edilib.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
-
51 d. əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 54 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Ən çox oxunanlar
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq
Rəsmi məzənnələr açıqlandı






















