“Telekommunikasiya haqqında” qanuna dəyişikliklər təsdiqlənib
Azərbaycan prezidenti İlham Əliyev “Telekommunikasiya haqqında” qanunda dəyişiklikləri təsdiqləyib.
Qanuna aşağıdakı dəyişikliklər edilib:
1.1. aşağıdakı məzmunda 6.1.7-1-ci maddə əlavə edilib:
“6.1.7-1. internet telekommunikasiya xidməti göstərən operatorların və provayderlərin uçotunun aparılması;”;
1.2. aşağıdakı məzmunda 13-1-ci maddə əlavə edilib:
“Maddə 13-1. İnternet telekommunikasiya xidməti göstərən operatorların və provayderlərin uçotu
13-1.1. İnternet telekommunikasiya xidməti göstərən operatorlar və provayderlər xidmət göstərməyə başladıqları vaxtdan 15 gün müddətində müvafiq icra hakimiyyəti orqanında uçota durmalıdırlar, habelə uçot məlumatlarında baş vermiş dəyişiklik barədə müvafiq icra hakimiyyəti orqanına dəyişikliyin baş verdiyi vaxtdan 10 gün müddətində məlumat verməlidirlər.
13-1.2. İnternet telekommunikasiya xidməti göstərən operatorların və provayderlərin uçotu müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada aparılır.”;
1.3. 33-cü maddə üzrə:
1.3.1. aşağıdakı məzmunda 33.1.9-1-ci və 33.1.9-2-ci maddələr əlavə edilib:
“33.1.9-1. bu Qanunun 13-1.2-ci maddəsində nəzərdə tutulmuş qaydada uçota durmaq, habelə uçot məlumatlarında baş vermiş dəyişiklik barədə dəyişikliyin baş verdiyi vaxtdan 10 gün müddətində məlumat vermək;
33.1.9-2. müvafiq icra hakimiyyəti orqanının, habelə məhkəmələrin və ya hüquq mühafizə orqanlarının sorğularına 3 iş günündən gec olmayaraq cavab vermək və tələb olunan məlumatları təqdim etmək (bu müddətdə həmin informasiyanın aktuallığını itirməsi ilə əlaqədar sorğunun təcili olması barədə sorğu verənin qeydi olduqda, sorğuya dərhal, bu mümkün olmadıqda isə 24 saatdan gec olmayaraq cavab vermək);”;
1.3.2. 33.2-ci maddədə “32.1.4-cü” sözləri “33.1.4-cü” sözləri ilə əvəz edilib;
1.4. aşağıdakı məzmunda 43.4-cü və 43.5-ci maddələr əlavə edilib:
“43.4. İnternet telekommunikasiya xidməti göstərən operatorlar və provayderlər xidmət göstərməyə başladıqları vaxtdan 15 gün müddətində müvafiq icra hakimiyyəti orqanında uçota durmadıqda qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
43.5. İnternet telekommunikasiya xidməti göstərən operatorlar və provayderlər uçota alınması üçün zəruri olan sənədlərdəki çatışmazlıqları aradan qaldıraraq 15 gün müddətində yenidən müraciət etmədikdə və ya uçot məlumatlarında baş vermiş dəyişiklik barədə müvafiq icra hakimiyyəti orqanına dəyişikliyin baş verdiyi gündən 10 gün müddətində məlumat vermədikdə qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.”.
Maddə 2. Keçid müddəası
“Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun 13-1.2-ci maddəsində nəzərdə tutulmuş qaydalar qüvvəyə mindiyi tarixədək internet telekommunikasiya xidməti göstərməyə başlamış operatorlar və provayderlər həmin qaydaların qüvvəyə mindiyi tarixdən sonrakı 2 ay ərzində müvafiq icra hakimiyyəti orqanına müraciət edərək uçota durmalıdırlar.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
7 d. əvvəl
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
-
- 56 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Bütün “Kristal” layihələri artıq bir ünvanda - yeni mərkəzi satış ofisi fəaliyyətə başladı
-
2 saat əvvəl
İcbari tibbi sığortada müştərək maliyyələşmənin tətbiqi daha 1 il təxirə salınır
- 2 saat əvvəl
-
2 saat əvvəl
"FERRUM Kapital” 51 investordan illik 14 faizlə 4 milyon manat borc aldı
-
2 saat əvvəl
Masallıda plastik taralar istehsal ediləcək - Sənaye Məhəlləsində yeni şirkət
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
7 min avroya yaxın maaş və uzunmüddətli iş imkanı
Ən çox oxunanlar
“Xonça” brendinin ilk kafe konseptli mağazası açılıb
Bank kartları dələduzların hədəfinə necə çevrilir?
Zelenski Lukaşenkoya qarşı sanksiyalar tətbiq edib
Rusiyada xiyarın qiyməti ikiqat artıb
18-23° isti olacaq - Fevralın 19-da gözlənilən hava şəraiti

























