"Zərurətdən Ehtiyaca: İslam İqtisadiyyatı" mövzusunda seminar keçiriləcək - TARİX
Sentyabr ayının 7-də Bakı şəhəri Ruma Expo Hoteldə "Zərurətdən Ehtiyaca: İslam İqtisadiyyatı" mövzusunda ictimayyətə açıq ödənişsiz elmi-marifləndirici seminar keçiriləcəkdir.
Ölkəmizdə əhalinin sahibkarlığa meylinin günü-gündən artdığı, təşəbbüskarların maliyyə resurslarına çıxışının genişləndirilməsinin zərurətə çevrildiyi, bunun əksinə istehlak kreditlərini hədəf halına gətirən banklarda yüksək faiz dərəcələrinin mövcud olduğu bir şəraitdə Azərbaycanda İslam maliyyə alətlərinin tətbiq olunması günümüzün aktual məsələsinə çevrilmişdir. Bunu nəzərə alaraq, insanları marifləndirmək üçün 7 sentyabr tarixində "Rumu Expo" hoteldə İqtisadi Resursların Öyrənilmə İctimai Birliyi (SER) nəznində qurulmuş İslam İqtisadiyyatı Resurs və Araşdırma Mərkəzi (İQRAM) tərəfindən “Zərurətdən Ehtiyaca: İslam İqtisadiyyatı” mövzusunda seminar təşkil olunacaqdır.
Seminarda İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyinin sədri, iqtisad üzrə fəlsəfə doktoru Ruslan Atakişiyev və Malayziya Beynəlxalq İslam universitetinin məzunu, eyni zamanda AAOIFI (The Accounting and Auditing Organization for Islamic Financial Institutions) təşkilatının Şəriət məsələləri üzrə Auditor və Məsləhətçisi olan Anar Yusifzadə gələn qonaqları İslam İqtisadiyyatı ilə bağlı geniş şəkildə məlumatlandıracaqlar.
Burada İslam İqtisadiyyatının nəzəri əsaslarından, onun praktikada tətbiqi imkanlarından, Azərbaycanda mövcud olan biznes və iqtisadi mühitdən, mövcud qanunvericilik çərçivəsində İslam maliyyə alətlərinin tətbiq olunmasının imkan və prespektivlərindən geniş danışılacaqdır.
Seminar İslam iqtisadiyyatına maraq göstərən hər kəs üçün nəzərdə tutulmuşdur. Amma, bank, maliyyə, sığorta mütəxəssisləri, iqtisadiyyat yönümlü tələbələrin və iş adamlarının iştirak etməsinə üstünlük veriləcək.
Tədbirdə iştirak etmək istəyənlər 012-432-71-75 telefonuna zəng etməklə, 051-340-39-13, 070-727-99-20 nömrələrinə whatsapp vasitəsilə mesaj, [email protected] ünvanına e-mail yazmaqla ad, soyad və mobil nömrələrini qeyd edərək qeydiyyatdan keçə bilərlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
8 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 9 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)






.jpg)









