“Alıcıları "kvadratda” aldadan tikinti şirkətinə və onun sahibinə cinayət işi açılmalıdır”
Azərbaycanda mənzil tikintisi sektorunda özbaşınalıqlar davam edir. Tikinti şirkətlərinə zəif nəzarət, tələblərin yetərsizliyi və cəzaların olmaması sui-istifadələrə şərait yaradır. Təəssüf ki, bir sıra məmurlar bu “bulanıq” sahədə “balıq tutmağa” çalışırlar.
“Marja”nın müxbiri yeni yaşayış binalarından mənzil alan sakinlər ilə söhbətləşib. Şikayətlərdən biri mənzillərin sahəsi ilə bağlıdır. Onlar iddia edirlər ki, yaşadıqları sahə müqavildə göstəriləndən çox azdır. “Sahə fırıldağı” ilə minlərlə manat pul tikinti şirkətləri tərəfindən mənimsənilir.
Tikinti şirkətləri mənzillərin sahəsini hesablayan zaman çöldən öçmə aparırlar. Yəni, sahəyə çöl divarların, arakəsmələrin, sütünların altında qalan və şaxtaların tutduğu sahələr “şişirdilərək” daxil edilir. Girintili-çıxıntılı mənzillərdə sahəni dəqiq hesablamaq çətinləşir.
Alıcılar bildirirlər ki, tikinti şirkətinin müqavilədə göstərdikləri sahə ilə razılaşmaqdan başqa seçimləri olmur. Sonradan mənzilinin sahəsini özü ölçənlərdən biri bildirdi ki, müqavilədə sahəsi təxminən 82 kvadrat metr olan mənzilin sahəsini təxminən 72 kvadrat metr olduğunu hesablayıb.
Mənzillərə çıxarış (kupça) alan zaman da çıxarışda göstərilən sahə müqavilədə göstərilən sahədən çox aşağı olur. Düzdür, çıxarış verilən zaman eyvanın sahəsi 0,3 əmsalına vurulduğundan mənzilin sahəsi müqavilədə göstəriləndən aşağı olmalıdır. Eyvanın 0,3 əmsalla hesablanmasına görə yaranan azalma nəzərə alınsa belə real sahə müqavilədə göstəriləndən çox az olur.
Şakinlər deyir ki, tikinti şirkəti çöl divarlara görə, qonşuların hamısından pul alır: "Qonşumla mənim aramdakı divara görə ikimiz də şirkətə "kvadrathaqqı" ödəyirik. Mənim sahəmi mənim divarımın çölündən, yəni qonşumun divarının içərisindən, onun sahəsini də mənim divarımın içərisindən, yəni onun divarının çölündən hesablayırlar. Nəticədə şirkət eyni kvadratı bütün qonşulara satmış olur".
Sakinlər bildirirlər ki, bu sahədə cəzalar müəyyən edilməlidir. Əgər mənzilin müqavilədə göstərilən sahəsi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin tələbləri nəzərə alaraq hesabladığı sahədən çox olarsa tikinti şirkətinə və onun sahibinə qarşı cinayət işi açılmalıdır. Mənzilin sahəsində alıcını aldatmaq, sonra da olmayan bu sahəyə görə kommunal ödənişlər yığmaq cinayətdir.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 6 gün sonra
-
9 d. əvvəl
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
-
- 20 d. əvvəl
- 55 d. əvvəl
-
1 saat əvvəl
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
-
1 saat əvvəl
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İqtisadiyyat İnstitutunun əməkdaşları Quba rayonunda müəllim və şagirdlərlə görüşüblər
-
2 saat əvvəl
PAŞA Bank növbəti “Bazar trendləri və hedcinq məhsulları” tədbirini keçirib
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
"70 faizədək kompensasiya yerli istehsalçıların xarici bazarlarda rəqabətli qiymətlərlə çıxış etməsinə imkan verəcək"
AzVak-da yeni iş elanları - SİYAHI
Ən çox oxunanlar
İyunun 13-də gözlənilən hava şəraiti
Süni intellekt əsaslı çağrı mərkəzlərinin rəqəmsal transformasiyada rolu - MÜSAHİBƏ
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 1 GÜN
Nazir müavini: "2030-cu ilə qədər mal əti istehsalının 20 %-dən çox artırılması hədəflənir"




















