SOCAR Kiyevdə yeni formatda yanacaqdoldurma kompleksi açıb
SOCAR şirkəti Kiyevdə yeni yanacaqdoldurma kompleksi açıb. Həmin kompleks Ukrayna paytaxtının Stoliçnoye şose, 100 ünvanında yerləşir. Bu barədə “SOCAR Ukrayna” Ticarət Evindən bildiriblər.
Yeni kompleksin üstün cəhəti onun xüsusi dizaynla ultra müasir sənaye üslubunda tikilməsidir. Burada hər şey SOCAR-ın ənənəsinə uyğun olaraq beton, şüşə və metal konstruksiyaların vəhdətindən ibarətdir. Kompleksin qara rəngin üstünlük təşkil etdiyi monoxrom tərtibatı, nəcib minimalizmi, dizayner mebeli və qeyri-adi fasadı var.
SOCAR-ın vizit kartı yüksək səviyyədə olan və müxtəlif rəngli işıq diodu ilə təchiz edilmiş rəngarəng ekranlardır. Yeni stansiyada onlar qiymətlərin göstərildiyi lövhənin hər iki tərəfini, dam örtüyünün sütunlarını və friz hissəsini əhatə edir. LED panelləri sayəsində avtomobil sahibləri yaxın üç gün müddətinə hava proqnozu ilə də tanış ola, valyuta məzənnələrini və digər faydalı informasiyaları ala bilərlər.
Ticarət zalının və mağazanın sahəsi 137 kvadrat metrdən çoxdur. Yeni obyekt 5 yanacaqdoldurma aləti olan 3 ədəd ikitərəfli aparat ilə təchiz olunub. Müştərilər burada A-92, A-95, həmçinin Nano firma yanacağının bütün növləri – A-98, A-95, Diesel Nano və Diesel Nano Extro yanacaqları ilə təchiz olunurlar.
Ənənəyə görə, SOCAR-ın qonaqları əlavə xidmətlərdən də pulsuz istifadə edə bilərlər. Buraya şinlərin tənzimlənməsi, avtomatik ayaqqabı təmizləmə yeri, mobil telefonların şarj olunması, Wi-Fi da daxildir. Bankomat və valyuta mübadiləsi məntəqəsi də avtomobil sahiblərinin ixtiyarına verilib. Körpə uşaqlı qadınlar üçün xüsusi masalar və azyaşlıların qidalanması yeri quraşdırılıb. Stansiyada, həmçinin xüsusi sanitar zonası da mövcuddur.
Acmış səyahətçiləri isə BUTA kafesində səhər yeməsi, nahar, qarnir və salatlar, firmanın dönər kababı və Şərq şirniyyatları gözləyir. BUTA marketdə isə, SOCAR-ın hər yanacaqdoldurma məntəqəsində olduğu kimi, ənənəvi mal çeşidi ilə yanaşı, premial seqmentə aid olan ekoloji məhsullar da satılır.
Yeni yanacaqdoldurma kompleksi SOCAR-ın Ukrayna şəbəkəsində 60-cı, Kiyev bölgəsində isə 13-cüdür.
Qeyd edək ki, SOCAR Energy Ukraine Azərbaycan Dövlət Neft Şirkətinin törəmə şirkətidir. SOCAR-ın Ukraynadakı nümayəndəliyi 2008-ci ildə açılıb. Hazırda premium-klass yanacaqdoldurma məntəqələri şəbəkəsinə 60 kompleks, 2 yağ bunkerçisi daxildir. Onlar Ukraynanın 11 vilayətində fəaliyyət göstərirlər. SOCAR Holdinqin fəaliyyətinə iri və kiçik firmalara topdan yanacaq satışı, onun mühafizəsi və nəqli, təbii qaz və aviasiya yanacağı idxalı da daxildir.
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 gün sonra
- 17 saat sonra
-
-
4 saat əvvəl
"Bəlkə də bir il, il yarım bundan sonra Bakıdan Zəngilana dəmir yolu ilə gəlmək mümkün olacaq"
-
4 saat əvvəl
İki qonşu ölkə ilə sərhəd-keçid məntəqəsi olacaq yeganə rayon
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Zəngilan şəhərində inşa olunmuş ilk yaşayış kompleksinin açılışı olub
- 5 saat əvvəl
-
9 saat əvvəl
Ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür
- 23 saat əvvəl
- 23 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 3 GÜN
"Dost Aqropark" 10 min baş cins mal-qara hədəfinə çatır"
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 3 GÜN
Ən çox oxunanlar
Ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür
"Cəbrayılda bizim ən böyük Günəş elektrik stansiyaları inşa edilir, bütün Qarabağı işıqlandırmaq olar"
“Şəfəq” yarımstansiyasının açılışı olub
SOCAR tərəfindən İtaliya şirkətinin alınması prosesi tamamlanıb
Prezident və birinci xanım Cəbrayıla səfər ediblər, Şükürbəyli kəndinin açılışında iştirak ediblər
“Qarabağdan Silikon Vadisinə” startap proqramına müraciət davam edir






.jpg)








.jpg)







