Brent nefti “ayı bazarı”na girdi
ABŞ ilə Çin arasındakı ticarət müharibəsi nəticəsində neftə tələbin azalacağı gözlənilir. Tələbə dair narahatlıqların təsirilə Aprel ayının ortasında bu yana Brent nefti 20%-dən çox ucuzlaşıb.
“Marja” xəbər verir ki, Aprel ayının ortasında Brent neftin qiyməti 75 dolları aşmışdı. Hazırda Brent nefti 58,73 dollardan, ABŞ xam nefti (WTI) isə 53.50 dollardan alıcı tapır.
Ticarət gərginliyi ABŞ-da neft ehtiyatlarındakı azalmanı və İran Körfəzindəki hadisələri kölgədə qoyur.
ABŞ Neft İnstitutunun məlumatlarına görə, xam neft ehtiyatları keçən həftə 3.4 milyon barel azalıb. Bir əvvəlki həftə azalma 6 milyon barel təşkil etmişdi.
Dünyanın ən böyük iki iqtisadiyyatı arasında ticarət müharibəsi qlobal iqtisadi artıma mənfi təsir edir. Qlobal iqtisadi artımın ləngiməsilə neftə təlabatın azalacağı nəzərdə tutulur.
“Mizuho Securities Co.”nun strateqi Miyoko Nakashima, "ABŞ - Çin anlaşılmazlığının uzun bir müddət davam edəcəyinə şübhə yoxdur. WTI neftin bareli bu il 45 dollara qədər düşə bilər" deyib.
"Ayı bazarı" ifadəsi, əsasən bazarların bədbin vəziyyətdə olduğu, qiymətlərin uzun bir müddət azalma trendində olduğu hallarda istifadə edilir. Bir məhsulun "ayı bazarı"na girdiyini söyləmək üçün qiymətin əvvəlki yüksək səviyyəsindən azı 20% aşağı düşməsi lazımdır.
"NEFT QİYMƏTLƏRİ 20-30 DOLLARA DÜŞƏ BİLƏR"
ABŞ-ın iri investisiya banklarından "Bank of America Merrill Lynch"a (BofA) görə, Çin ABŞ-ın son əlavə gömrük tarifi addımlarına cavab olaraq İrandan xam neft almağa qərar verərsə, neftin barelinin qiyməti 30 dollara qədər geriləyə bilər.
"Bank of America Merrill Lynch"ın Araşdırma departamenti Brent neft üzrə qiymət təxminini 60 dollarda qoruduqlarını, ancaq Çinin İrandan ola biləcək neft alışının qiymətlərdə enişə səbəb olacağını, bu ssenaridə qiymətin 20 - 30 dollara qədər enə biləcəyi xəbərdarlığını edib.
YENİ GƏRGİNLİK
ABŞ Prezidenti Donald Tramp, Sentyabrdan etibarən 300 milyard dollarlıq Çin məhsullarına əlavə 10% vergi tətbiq edəcəklərini açıqladı. Bunun ardınca Çin, yuanın dəyər itirməsinə icazə verdi. Sonra isə ABŞ Çini “məzənnə manipulyatoru” elan etdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 gün sonra
- 8 saat əvvəl
-
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
"Xəzər" Kredit İttifaqı 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
-
13 saat əvvəl
Azərbaycanın 24,5 milyard manat dövlət borcu olduğu açıqlandı
- 14 saat əvvəl
- 14 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Sığorta" ağacəkmə aksiyasına qoşulub
Birləşmiş Ərəb Əmirlikləri OPEC-i tərk edir
“Azercell” tətbiqinə dostunu dəvət et, bonus qazan!
Azərbaycanın 24,5 milyard manat dövlət borcu olduğu açıqlandı
22 sahibkar “Tərəqqi” medalı ilə təltif edildi
Aprelin 29-da gözlənilən hava şəraiti
Sel və daşqınların təhlükəli və zərərli təsirlərinə qarşı mübarizə üçün 86 milyon manata yaxın pul ayrıldı - SƏRƏNCAM
Qlobal bank netin orta qiymət proqnozunu 104 dollara yüksəldib
TuranBank-dan “Yaşıl gələcəyə” növbəti addım: 1 milyon ağac hədəfi
Unicapital PAŞA Bank səhmlərinin marketmeykeri olacaq
BP-nin mənfəəti İran müharibəsi ilə 2 dəfədən çox artıb
3 gün, 0% komissiya: Unibank yeni kredit kampaniyası keçirir






.jpg)





.jpg)






